Icma.az
close
up
RU
Menu

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Zəfər Gününə həsr olunan fləş mob Video

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

Uşaqlıq xatirələri həyatımıza yön verir

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

Gələcəyin energetikası: Hidrogen “yeni benzin” olacaqmı?!

Gələcəyin energetikası: Hidrogen “yeni benzin” olacaqmı?!

Icma.az, Azvision portalına istinadən məlumat verir.

Bu suallara AzVision.az-a müsahibəsində "EcoEnergy" şirkətinin icraçı direktoru Elçin Tarquliyev aydınlıq gətirib.

- Hidrogen enerjisinin tarixi haradan başlayır? Məsələn, bəzi mütəxəssislər deyirlər ki, hətta 18-ci əsrin sonuncu onilliklərində London küçələri qaz lampaları ilə işıqlandırılırdı ki, elə bunun özü əslində, bir növ hidrogen enerjisindən istifadə deməkdir...
- Hidrogen element kimi XVIII əsrin son 20 illiyində, təxminən 1776-cı ildə kəşf olunub. Ondan enerji mənbəyi kimi istifadə olunması isə XIX əsrin ortalarına təsadüf edir. Məhz həmin vaxt o, enerji mənbəyi kimi görünüb. 1936-cı ildə nəzəriyyədə, 1945-ci ildə isə praktikada sübut olunub ki, ondan həqiqətən də enerji almaq mümkündür. Sonra yavaş-yavaş bunun fərqli texnologiyaları çıxıb. Sadəcə, burada əsas məsələ hidrogendən istilik, yoxsa elektrik enerjisinin alınmasıdır. İstilik enerjisinin alınması üçün bir az riskli elementdir. Çünki bu zaman böyük enerji ayrılsa da, çox tez yanır və qısa müddətdə bitir. Amma elektrik enerjisi alınanda oksigenlə birləşmədiyi üçün dərhal yanmır və ondan uzun müddət elektrik almaq mümkün olur.
- Hazırda hidrogen enerjisi hansı mənbələr hesabına alınır: qazın, suyun, yoxsa digər təbii enerji mənbələrinin hesabına?
- Hidrogen alınması bəlkə də ən çətin olan, amma fərqli növlərlə alınan elementlərdən biridir. Təbiətdə açıq və saf halda tapılmır. Onun istehsalı üçün təbiətdə 3 əsas növü bilinir: boz, mavi və yaşıl hidrogen.
Boz hidrogen - təbi qazdan alınan hidrogenə deyilir. Bu zaman karbon qazı havaya buraxılır və yerdə qalan hidrogen tutularaq istifadə olunur.
Mavi hidrogen boz hidrogenlə teyni exnologiya ilə istehsal edilir. Sadəcə, karbon qazı tutulur və yerin dibinə inyeksiya olunur.
Yaşıl hidrogen isə bərpa olunan enerji mənbələrindən istifadə edilərək, elektroliz yolu ilə alınan hidrogendir.

Qeyd etdiyim bu 3 növdən başqa metodlar da mövcuddur və onların hər biri fərqli rənglə işarələnir. Məsələn, qəhvəyi və qara hidrogen kömür, çəhrayı hidrogen atom, sarı hidrogen Günəşin istik enerjisi vasitəsilə istehsal edilir. Ağ hidrogen isə Yerin dərin qatlarında saf halda olan hidrogendir ki, onun çıxarılması üçün hələlik praktiki bir variant tapılmayıb.
- Əslində hidrogen enerjisindən istifadənin əsas məqsədlərindən biri də havaya zəhərli qazların atılmasının qarşısını almaqdır. Amma sizin dediyinizdən belə anlaşılır ki, istənilən halda həmin tullantılar olur. Bu zaman hidrogendən istifadənin nə mənası qalır?
- Hidrogendən saf halda istifadə etsək, yandırma prosesində oksigenlə birləşərək, su əmələ gətirir. Kömürdən alınan boz hidrogen artıq çıxarılmasına çalışılan növdür. Həmin növ sadəcə, ağır sənayedə istifadə edilən hidrogen enerjisidir ki, bu da məcburiyyətdən irəli gəlir. Çünki polad istehsalında hidrogenə ehtiyac var və bunun ən rahat istehsalı təbii qazdan alınan boz hidrogendir. Bu həm ucuz başa gəlir, həm istehsalı rahatdır, həm də hasilatına məcburiyyət var. Amma biz əgər hidrogeni enerjini saxlamaq metodu kimi istifadə edəcəyiksə, onda daha təmiz alternativlərə keçməliyik ki, bu da mavi və yaşıl hidrogendir. Digərləri hələlik, nəzəri cəhətdən mümkün olsa da, təcrübədə onların istehsalı çətin və daha bahadır.
- Hazırda istehsal olunan hidrogen enerjisi ənənəvi enerjidaşıyıcıları ilə rentabellik baxımından rəqabət apara bilirmi?
- Hazırda apara bilmir. Amma İRENA-nın (beynəlxalq enerji agentliklərindən biri) hesabatına görə, inkişaf prosesi indiki sürətlə davam etsə, 2030-cu ildə hətta “yaşıl hidrogen” belə rəqabət apara biləcək səviyyədə olacaq. Yəni onun da istehsalı bərpaolunan enerji mənbələrilə eyni qiymətə başa gələ biləcək.
- Bəs indi dünyada istehlak olunan enerjidə hidrogenin payı nə qədərdir və yaxın vaxtlarda nə qədər arta bilər?
- Hazırda 1%-dən aşağıdır. İndi istehlak olunan enerjinin 80%-ə yaxını və hətta bəlkə də daha çoxu ənənəvi enerjidir. Əgər biz istilik, nəqliyyat və elektrik kimi istehlak üçlüyünü nəzərə alsaq, bu göstərici hətta 90%-ə yaxınlaşır. Çünki nəqliyyat vasitələrinin demək olar ki, hamısı neft məhsulları işlədir, təsadüfi hallarda elektriklə çalışanlar da var. Elektrik enerjisinin 60%-i ənənəvi enerjidir, isitmədə də dünyanın əksəriyyəti təbii qazdan və kömürdən isifadə edir. Digər yerləri isə atom enerjisi və su elektrik stansiyaları (SES) tutur.

- Tutaq ki, sabah biz hidrogen enerjisinin böyük həcminin istehsalına nail olduq, bəs onun nəqli necə həyata keçiriləcək və burada hansı çətinliklər mövcud ola bilər?
- Hidrogen enerjisi iki fərqli formada daşına bilər: qaz və ya maye halında. Qaz halında mövcud adi qaz boruları ilə nəqli mümkündür. Maye hidrogenin daşınması bir qədər çətindir. Çünki maye hidrogen mənfi 200 dərəcədən də aşağı temperaturda əldə edilir və bunu daşımaq üçün xüsusi krioçənlər olur ki, onlar da gəmi, bəzən dəmir yolu vasitəsilə və yaxud konteynerlərlə daşınır. Yəni maye hidrogeni mənfi 200-250 dərəcədə saxlaya bilən xüsusi rezervuarlar lazımdır.
- Gəlin razılaşaq ki, bu cür enerjilərin istehsalı ilk növbədə yüksək texnologiyalara malik dövlətlərdə ola bilər. Dünyada hansı ölkələr bu sahədə irəliləməkləri ilə öyünə bilərlər?
- Bu sahə də iki yerə bölünür: hidrogenin potensial idxalçıları və potensial ixracatçıları. Potensial idxalçılar, yəni hidrogenə ehtiyacı olacaqlarını təxmin edən ölkələr inkişaf etmiş dövlətlərdir. Məsələn, Almaniya və Yaponiya. Bu ölkələr öz qanunvericiliklərinə belə hidrogen enerjisindən istifadəni daxil edib və bununla bağlı gələcək planlarının hər birini prosedura yerləşdiriblər. Bir də potensial ixracatçılar var ki, onlar hazırda ənənəvi enerji istehsalçılarıdırlar. Onların sırasına bizim ölkəmiz də daxildir.
Ərəbistan yarımadası ölkələri hidrogen istehsalına böyük investisiyalar yatırırlar. Hazırda bu texnologiyanın yayılması hələ tezdir. Çünki “yaşıl hidrogen” anlayışı hələ cəmi 5-10 il əvvəl meydana çıxıb və məhz bərpa olunan enerjinin payı artdığı üçün gündəmə gəlib. Bundan əvvəl bizim enerji saxlamağa elə bir ehtiyacımız yox idi. Kiçik batareyalar bizə kifayət edirdi. Çox böyük ölçüdə enerini saxlamağın başqa bir yolu SES-lər idi. Amma indi bərpa olunan enerji növünün artmasını sabitləşdirməliyik ki, bu yöndə ən uğurlu alternativ kimi hidrogen görünür.
- Azərbaycan bu sahədə hansı uğurları qazanıb və potensialımız nədən ibarətdir?
- Azərbaycanın hidrogen enerjisinin istehsalı üçün iki fərqli variantı var: bərpaolunan enerjidən və ya təbii sərvətimiz olan qazdan. Hidrogen enerjisinin təbii qazdan istehsal olunaraq, Cənub Qaz Dəhlizi (CQD) vasitəsi ilə Avropaya çatdırılması istiqamətində SOCAR tərəfindən araşdırmalar aparılır.

Eyni zamanda, Energetika Nazirliyi dənizdə külək enerjisindən istifadə edilməsi üçün “yol xəritəsi” hazırlayıb. Dənizdə külək enerjisi isə çox böyük həcmdə - qiqavatlar (QVт) həcmində olur. Ölkəmizin bu potensialı 157 QVt təşkil edir. Əgər burada söhbət QVt-lıq külək stansiyasından gedirsə, həmin külək enerjisini sabitləşdirmək üçün müəyyən bir metoda ehtiyac olacaq. Burada biz fərqli alternativləri fikirləşirik ki, onların biri də elə “yaşıl hidrogen”dir. “Yol xəritəsi”nin özü də bu məqama toxunur və bunun üzərində geniş araşdırmalar aparılır. Həm bərpaolunan enerji şəbəkəmizin payının artması, həm də daha təmiz ekologiyaya necə keçmək istiqamətində biz özümüz də potensial investorlarla danışırıq.
- İnkişaf etmiş ölkələr bu sahədə əməkdaşlığa meyillidirlərmi, yoxsa qısqanclıq var?
- Biz hazırda bərpaolunan enerji və “yaşıl hidrogen” sahələrində dünyanın bir çox ölkələri və qurumları ilə əməkdaşlıq edirik. Həmin ölkələr bunun təşviqini artırmaqda maraqlıdırlar. Çünki Avropada iqlim sərtləşir. Təbii ki, biz Avropaya enerjidaşıyıcıları ixrac edən ən böyük ölkələrdən olmasaq da, ixracatçılardan biri olduğumuz üçün həmin şərtlərə cavab verməliyik. Bu şərtlərə cavab verməli olduğumuz üçün oradakı şirkətlər də belə əməkdaşlıqda maraqlıdırlar. Belə ki, həmin şərtlərə əməl edilməsə onlar da bunun cəriməsini ödəmək məcburiyyətində qalacaqlar. Ona görə, bu məsələ hər iki tərəfin marağındadır.
- Uzaq perspektivdə hidrogen enerjisi qlobal istehlakda ənənəvi enerjidaşıyıcılarını əvəzləyə biləcəkmi?
- Əgər 100% əvəzləmədən danışılırsa, hansısa enerji növünün digərilə tam əvəzləmək, məncə nə yaxın, nə də uzaq perspektivdə görünür. Bizim əsas məqsədimiz enerjini bir mənbədən yox, bir neçə mənbədən ala bilmək olmalıdır ki, onların hər hansı birində problem yaranarsa, digərlərinin hesabına qarşılaya bilək. Hazırda qlobal miqyasda məqsəd ənənəvi enerjidaşıyıcılarının faizini azaltmaq və daha kiçik fazilərə salmaqdır. Amma hətta kömürə belə müəyyən yerlərdə ehtiyac olacaq. Çünki elə ərazilər var ki, bizim ora hidrogen qazını daşımağımız mümkün deyil. Orada yalnız kömür və ya odun enerjisindən istifadə edə bilirlər. Elə yerə boru kəməri döşəmək və ya qaz, hidrogen daşımaq 5-6 dəfə daha baha başa gələcək. Ona görə də, hər hansı bir enerji növünü 100% əvəzləmək mümkün deyil. Hazırda beynəlxalq hədəf 2050-ci ilə qədər bərpaolunan enerji mənbələrini ənənəvi enerjiyə çatdırmaq və hətta onun önünə çıxarmaqdan ibarətdir. Burada isə hidrogen enerjisinin payı çox olacaq. Belə ki, bərpaolunan enerjinin ənənəvi enerjiyə çatması çox böyük şəbəkə sabitliyinə ehtiyac yaradacaq. Həmin şəbəkə sabitliyini biz hazırkı batareya texnologiyası ilə qarşılaya bilməyəcəyik. Ona görə də, bizə enerjini saxlaya biləcəyimiz bir metod lazımdır ki, bu da hazırda hidrogendir.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azvision.az
archiveBu xəbər 04 Noyabr 2024 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see293

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see286

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see280

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see274

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see247

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see230

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see225

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see224

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see221

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see216

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see209

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see207

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see206

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see200

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see198

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see190

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see188

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see186

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see183

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri