Gələn il Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının iştirakçıları müəyyənləşir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 4 sentyabr, AZƏRTAC
2026-cı ildə Bakıda keçiriləcək çövkən üzrə ikinci dünya çempionatı üçün iştirakçıların müəyyənləşməsi prosesi davam edir.
Azərbaycan Atçılıq Federasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan ev sahibi kimi avtomatik siyahıya daxil olub, digər iki Avropa təmsilçisi isə Malta və Polşa olacaq.
Bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq Asiya çövkən çempionatında ilk iki yeri tutan komandalar Bakıya vəsiqə qazanacaqlar. Çempionatda ev sahibi ilə yanaşı, Qazaxıstan, Qırğızıstan, Honq Konq, Birləşmiş Ərəb Əmirlikləri və Pakistan komandaları öz bacarıqlarını nümayiş etdirəcək. Yarışlar paytaxtda yerləşən müasir “Universal Horse Stable” atçılıq mərkəzində baş tutacaq.
Qarşıdakı aylarda keçiriləcək Afrika və Cənubi Amerika çempionatlarında da eyni qayda ilə ən yaxşı iki komanda seçiləcək. Beləliklə, ümumilikdə 9 komanda formalaşacaq, daha bir iştirakçı isə Beynəlxalq Federasiyanın xüsusi dəvəti ilə turnirə qatılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 04 Sentyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















