Icma.az
close
up
RU
Gələn il bizim üçün daha rahat olacaq Ehtiram Quliyev

Gələn il bizim üçün daha rahat olacaq Ehtiram Quliyev

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Gələn il bizim üçün daha rahat olacaq" - Ehtiram Quliyev

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyevin QOL.az saytına müsahibəsi

- Komandanız Misli Premyer Liqasının 23-cü turunda səfərdə “Neftçi” üzərində vacib qələbə (1:0) qazandı. Qarşılaşma barədə nə deyə bilərsiniz?

- Çətin oyun olacağını gözləyirdik. Qarşılaşma çox həyəcanlı alındı. Hər iki tərəf maraqlı oyun sərgilədi. Bütün azarkeşlərimizi təbrik edirəm. Əzmkar qələbə qazandıq. idi. Bu qələbə bizə hava-su kimi lazım idi. 3 xal qazandığımız üçün çox xoşbəxtəm. 

- Demək olar ki, “Turan Tovuz” əmin addımlarla bürünc medala doğru gedir?

- Bəli, ən azı. Düzdür, mövsümün əvvəlində qarşımıza qoyduğumuz hədəflər tam bu deyildi. Qələbədən qələbəyə sevinirik, amma içimizdə itirdiyimiz xallara görə üzülürük. Addım-addım böyüyəcəyik. Hədəflərimizdən uzaqlaşmamışıq. Qarşıya qoyulan məqsədə riyazi cəhətdən hələ şansımız var. Bu şans davam etdikcə mübarizə aparacağıq. Onsuz da hədəfimiz sona qədər yarışın içində ola bilmək idi. 

- Mövsümə çempionluq hədəfi ilə başladınız. Alınmasa, əsas məqsəd kuboku qazanmaq olacaq?

- Hədəfimiz yenə də çempionluqdur, dəyişməyib. O ki qaldı kuboka, indiki hədəf finala çıxmaqdır. Hər iki cəbhədə şanslarımız davam edir. Sona qədər mübarizə aparacağıq.

- Komandanız son 8 oyunda qapısını toxunulmaz saxlayıb. Halbuki bir ara “Turan Tovuz” müdafiə oyununa daha çox üstünlük verdiyi üçün tənqid olunurdu...

- Bizim oyunumuz budur. Büdcəmiz buna çatır. Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik. İndidən çempionatda neçənci olacağımızı deyə bilmərəm. Lakin plan da buna görə qurulmuşdu, baş məşqçi də buna görə seçilmişdi. Hədəf az büdcə ilə nəticə qazanmaqdır. Hər hansı bir dəyişiklik olmayıb. Geridə qalan müddətdə əldə olunan nəticələr bizi qane edir. 
- Bu, Kurban Berdıyevin işindən razılığınızı ifadə edir?

- Əlbəttə. Berdıyevin işindən çox razıyam. Baş məşqçimizin arxasındayıq, nə olur olsun. 

- Tovuz şəhər stadionun son durumu necədir? Martın 21-də “Qəbələ”yə qarşı keçiriləcək oyunu komanda öz meydanında keçirə biləcək?

- Xeyr, martın 21-dəki oyuna çata bilmirik. Lakin aprel ayında Premyer Liqadakı ilk ev oyunumuzu Tovuzda keçirəcəyik. Kubok matçı ilə bağlı indidən dəqiq bir söz demək çətindir. Bu məsələyə baxılacaq. Bu il bizim üçün çox çətin oldu. Komanda doğma stadiondan uzaq düşdü. Sanki hər şey əleyhimizə oldu. Biz nə vaxtsa bunu keçməliydik. Bu da bir mərhələ idi. Gələn il bizim üçün daha rahat olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://qol.az
archiveBu xəbər 10 Mart 2026 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri