Gələn il büdcədə sosial xərclərin payı 41 % olacaq
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial xərclərin payı 41 % təşkil edəcək. SİA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Komitənin sədri Azər Əmiraslanov bildirib.
"Növbəti illərdə də sosial istiqamət büdcədə prioritet olacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyonmanat (4,1 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Noyabr 2024 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















