Icma.az
close
up
RU
Gələn il xərclərin 96,5%i ilə əhaliyə ödənişlər olacaq İqtisadçı

Gələn il xərclərin 96,5%i ilə əhaliyə ödənişlər olacaq İqtisadçı

Icma.az bildirir, Banco.az portalına istinadən.

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Büdcə gəlirləri 5,3% çox 38,316 milyard manat, xərcləri 4,1% artaraq 41, 367 milyard manat proqnoz edilir. Beləliklə, kəsirin proqnozu 3,05 milyard manat olur. Gəlirlərin 49 faizi neft, 51 faizi qeyri-neft gəlirlərinin hesabına formalaşacaq”.

Banco.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib. Onun sözlərinə görə, gəlirlərin 15,5 milyard manatı vergi, 6,6 milyard manatı gömrük, 840 milyon manatı büdcə təşkilatlarının daxilolmalarının, 895 milyon manatı digər gəlirlərin payına düşür. 

“Tarixin ən böyük transfer həcmi 14,448 milyard manat isə Dövlət Neft Fondundan reallaşacaq. Bu isə büdcə gəlirlərinin təxminən 38 faizinə bərabərdir. Qeyd edim ki, 2024-cü ilin büdcəsi hazırlanarkən transferin həcmi əvvəlki illə müqayisədə artımı 1,5 faiz olub. Budəfəki artım faizi isə 12 faizlik ciddi dinamika nümayiş etdirir.

Büdcəsi xərclərinin 60,1 faizini cari xərclər, 34,1 faizini əsaslı xərclər, 5,8 faizini dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edir.
Sosialyönümlü xərclərin 8,8 faiz artırılaraq 16,9 milyard manata çatdırılacaq ki, bunu bu sənədin müsbət tərəflərindən biri kimi qeyd edə bilərik.Çünki bu məbləğ və dövlət büdcəsi xərclərinin 41 faizini təşkil edəcək. Birbaşa əhalinin sosial cəhətdən həssas qrupları üçün 4,8 milyard manat manat, ünvanlı dövlət sosial yardım üçün 457 milyon manat və s vəsait ayrılacaq. Ümumilikdə sosial paket 3 milyon insanı əhatə edəcək”.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma üçün 4 milyard manat ayrılacaq:

"Müdafiə və milli təhlükəsizliyin məsələləri üçün 8,4 milyard manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 17,8 faiz çoxdur. Bu xərc maddəsinə baxanda adam ilk bunu düşünür ki, əgər qonşularımız yaxşı qonşu olsaydı, bu maddə üzrə olan xərcin ən azı 4 milyard manatı ölkə olaraq digər vacib problemlərimizin həllinə (sosial ödənişlər, təhsil və s.) xərcləyə bilərdik. Amma nə edəsən ki, coğrafiya taledir. Təhsil xərcləri 8,7 faiz artaraq 4,9 milyard manat, səhiyyə xərcləri 7 faiz artaraq təxminən 2 milyard manat, iqtisadi fəaliyyət xərclərinə 4,4 milyard manat,  “Yaşıl büdcə” üzrə xərclərə 1,3 milyon manat vəsait nəzərdə tutulur”.

Eldəniz Əmirov qeyd edib ki, Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi isə  gəlir və xərcləri bərabər olmaqla hər ikisi 7 milyard 676 milyon manat təşkil edəcək. Bu göstərici 2024-cü illə müqayisədə 726,6 milyon manat və ya 10,5% çoxdur. Xərclərinin 96,5%-i ilə əhaliyə ödənişlər olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://banco.az
archiveBu xəbər 29 Noyabr 2024 19:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri