Icma.az
close
up
RU
Gələn il Hacıqabulun daha 7 kəndində yeni içməli su şəbəkəsinin çəkilişi planlaşdırılır

Gələn il Hacıqabulun daha 7 kəndində yeni içməli su şəbəkəsinin çəkilişi planlaşdırılır

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Hacıqabul rayonunda 2026-cı ildə tikintisi planlaşdırılan Qubalı, Tağlı, Birinci Udulu, İkinci Udulu, Birinci Paşalı, İkinci Paşalı və Şorbaçı kəndlərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə işlər görüləcək.
Newscenter.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir ki, bu barədə Hacıqabul rayonunun Muğan qəsəbəsi fasiləsiz içməli su ilə təmin olunması ilə bağlı keçirilən tədbirdə bildirilib.
Qeyd edilib ki, bu kəndlərin ümumi əhali sayı 7 184 nəfərdir. Həmçinin əhalisi 3 192 nəfər və 820 təsərrüfatdan ibarət olan Qarasu kəndində də yeni içməli su şəbəkəsinin çəkilişi planlaşdırılır.
Məlumata əsasən, bu münasibətlə qəsəbədə içməli su layihəsinin açılış mərasimi keçirilib. Muğan qəsəbəsində 5 843 nəfər əhali məskunlaşır. Qəsəbənin günlük su tələbatı 1 200 m³ təşkil edir. Kür–Bakı magistral su xəttindən ayrılmış, uzunluğu 5 000 metr olan ana xətt və 20 kilometr müxtəlif diametrli daxili şəbəkə vasitəsilə Muğan qəsəbəsində yerləşən 890 fərdi yaşayış evi tam şəkildə içməli su ilə təmin olunub, 890 təsərrüfata birləşmə verilib və bütün abonentlər sayğaclaşdırılıb. Şəbəkənin ümumi uzunluğu 115 km təşkil edir.
Hacıqabul Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində ümumilikdə 11 256 abonentə içməli su xidməti göstərir. Rayon ərazisində daxili su şəbəkəsinin uzunluğu 225 kilometrdir. Rayon ərazisində 2 500 m³ su tutumuna malik bir ədəd su anbarı mövcuddur. Rayonun 30 kəndindən 21-nə içməli su xidməti göstərilir. Şəhərin özündə isə 5 905 abonent mövcuddur. İçməli su təchizatı Kür Su Təchizat İdarəsi tərəfindən həyata keçirilir.
Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, sədrin birinci müavini Xəyyam Məmmədov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, millət vəkili Rafael Hüseynov, Agentliyin yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin rəisi Rafiq Aslanov, Agentliyin tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Dekabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri