Gələn il Misirdə 1 milyondan çox avtomobil CNG ilə işləyəcək AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qahirə, 25 dekabr, AZƏRTAC
Misirdə avtomobillərin benzindən sıxılmış qaza keçirilməsi üçün yeni təşəbbüs həyata keçiriləcək.
AZƏRTAC Misirin Dövlət İnformasiya Xidmətinə istinadla xəbər verir ki, bu, Baş nazir Mustafa Mədbulinin iştirakı ilə keçirilən geniş iclasda bildirilib. M.Mədbuli bu təşəbbüsün karbon emissiyalarının azalmasına və insanların xərclərinə qənaət etməsinə töhfə verəcəyini qeyd edib.
İclasda diqqətə çatdırılıb ki, təşəbbüs çərçivəsində 1,5 milyon avtomobilin sıxılmış qazla (CNG) işləməyə uyğunlaşdırılması planlaşdırılır. Bu işdə əhaliyə müəyyən stimullaşdırıcı təkliflər verilir.
Qeyd olunub ki, dizellə işləyən avtomobillərin CNG-yə keçirilməsi hazırda istifadə olunan dizelin 50 faizinə qənaət etməyə səbəb olacaq.
Diqqətə çatdırılıb ki, bu keçid atmosferdə karbon dioksid qazının miqdarının ildə 1,5 milyon ton azaldılmasına gətirib çıxaracaq.
Misirdə avtomobillərin qazla işləməsinə keçidi təmin etmək üçün qaz yanacaqdoldurma məntəqələri tikilib. 2021-ci ildə isə burada Yaxın Şərq regionunun ilk sıxılmış təbii qaz səyyar stansiyası istifadəyə verilib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 25 Dekabr 2024 04:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















