Icma.az
close
up
RU
Gələn il neftin qiyməti Çin iqtisadiyyatı və Ukraynadakı müharibədən asılı olacaq?

Gələn il neftin qiyməti Çin iqtisadiyyatı və Ukraynadakı müharibədən asılı olacaq?

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın Venesuellanı blokadaya alması nəticəsində dünya bazarında neftin qiyməti 1 faiz artıb. Ötən gün ABŞ Hərbi Dəniz Qüvvələri Venesuelaya məxsus 2 milyon ton neft daşıyan “Centuries” tankerini saxlayıb. Bununla yanaşı Venesueladan neft doldurub Karib dənizinə çıxan “Bella-1” tankeri də saxlanılıb, araşdırma aparılır.

AZƏRTAC xəbər verir ki, bütün bunlardan sonra dünya bazarında “Brent” markalı neftin qiymətinin 1 bareli 62,24, WTI markalı neftin qiyməti isə 58,46 dollara yüksəlib.

“Bloomberg” yazır ki, neftin qiymətinin 1 faiz yüksəlməsinə təsir edən faktlardan biri də ilk dəfə olaraq Ukrayna hərbi dronlarının Aralıq dənizində Rusiya neftini gizlin formada daşıyan tankerlərə zərbə endirməsi olub.

“Westpac Banking” bankının analitiki Robert Renni bildirib ki, bu gün dünya bazarında neftin qiymətinə güclü təsir edən faktor geosiyasi dəyişiklərdir. Buna baxmayaraq ilin sonuna az qalıb və yeni il tətillərindən sonra neftin 1 barelinin qiyməti 50 dollar ətrafında olacaq.

Dünya miqyasında ən çox neft istehlak edən dövlətlərdən biri Çindir ki, onun da iqtisadiyyatında durğunluq yaranıb. Çində fəaliyyət göstərən 130 avtomobil istehsalçısının kəskin rəqabəti qiymətlərin azalmasına təsir edib. Çin avtomobillərinin həm daxili bazarda, həm də xarici bazarlarda ucuzlaşıb. Bir sıra avtomobil zavodları istehsalı azaltmaq məcburiyyətində qalıblar. Çin iqtisadiyyatının durmadan inkişafı tələb və təklif prinsipini pozub. İllərlə tikilən zavod və fabriklər istehlak olunandan daha çox məhsul istehsal ediblər ki, bu da yalnız avtomobil sənayesində deyil, bütün sahələrdə qiymət endiriminə gətirib çıxarıb.

Gələn il neftin qiymətinin 50 dollar və daha aşağı olmasının səbəbi Çində iqtisadi artımın azalması və Ukrayna müharibəsinin davamı ilə əlaqədar olacaq.

ABŞ və Rusiya rəsmilərinin keçirdiyi görüşlər bazarda optimizm yaratsa da (qiymətlər 2, bəzən isə 3,5 dollar azaldı), görüşlərin nəticəsiz qalması qiymətlərin yenidən artmasına (2 və 3,5 dollar) səbəb oldu. Hələlik bazarda qeyri-müəyyən sabitlik hökm sürür. İstənilən halda bazara istehlak həddindən çox neft çıxarılır ki, bu da qiymət artımının qarşısını alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri