Icma.az
close
up
RU
GƏLƏN İL SAHİBKARLARI NƏ GÖZLƏYİR? Vergi, gömrük və cərimə proqnozları artırıldı + RƏQƏMLƏR

GƏLƏN İL SAHİBKARLARI NƏ GÖZLƏYİR? Vergi, gömrük və cərimə proqnozları artırıldı + RƏQƏMLƏR

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mütəxəssislərin çoxsaylı irad və xəbərdarlıqlarına baxmayaraq, ölkə iqtisadiyyatını düzgün, müasir inkişaf relslərinə oturtmaq, genişləndirmək əvəzinə, hökumət vergi, maliyyə sanksiyası, cərimə yükünü artırmaq hesabına büdcə formalaşdırmaq siyasətini davam etdirir…

Maliyyə Nazirliyi 2026-cı ilin büdcə proqnozlarını açıqlayıb. Doğrusu, yeni büdcədə görünən mənzərə heç də ürəkaçan deyil və bu büdcə iqtisadiyyatda ciddi problemlərin olduğundan xəbər verir…

Təkcə neftin qiymətinin 65 dollardan götürülməsi onu deməyə əsas verir ki, hökumətin iqtisadi bloku büdcəni doldurmaq üçün mənbə axtarışında əməlli-başlı çətinlik çəkir. Belə ki, bir çox nüfuzlu beynəlxalq iqtisadi qurumlar gələn il üçün neft qiymətlərini 50-60 dollar aralığında proqnozlaşdırır. Bizim hökumət isə daha “optimistdir”.

Lakin təəssüf doğuran odur ki, bu “optimizm” heç də xoş güzərandan irəli gəlmir. Hökumət neft qiymətini aşağı proqnozlaşdırsa, büdcə gəlirlərini də az göstərməli olacaq. İndi isə “ya qismət” deyib, qiyməti yüksək göstərir ki, büdcənin gəlirlər hissəsində pis-yaxşı(cəmi 67 milyon manat) artım görünsün. Gerisi nə olar-olar… Hansı ki, Azərbaycan bir vaxtlar büdcədə neftin qiymətini real bazar qiymətindən 10-15 dollar aşağı götürürdü. Yəni, mühafizəkar yanaşma göstərirdi. İndi isə vaxtında doğru addımlar atılmaması nəticəsində yaranmış vəziyyət hökumətin iqtisadi blokunu mühafizəkarlıqdan “müasirləşməyə” keçid etməyə vadar edib…

Büdcədə xüsusilə də sahibkarlar üçün sevindirici nəsə tapmaq çətindir. Əksinə, hər il olduğu kimi, vergi proqnozları artırılıb. Baxmayaraq ki, hökumət özü ölkədə iqtisadi durğunluq yaşandığını etiraf edir və müxtəlif hesablamalara görə, iqtisadi artım 1 faiz civarındadır. Yəni ki, yoxdur. Bu göstərici üzrə biz MDB məkanında sonuncuyuq. Belə olan halda, vergi proqnozlarının artırılması bir qədər mübahisəli görünür.

Bu, digər məsələlərlə yanaşı ondan xəbər verir ki, vergi orqanı nəzarəti daha da gücləndirəcək, yoxlamalar - kameral, operativ və s. olmaqla, daha da çoxalacaq. Yəni, bir növ sahibkarın “sıxıb suyunu çıxaracaqlar”. Bunu büdcə proqnozunda “vergi orqanlarının xətti ilə toplanan sair daxilolmalar”ın kəskin - 3 dəfəyədək(!) artması da göstərir.

Vergi orqanlarının xətti ilə toplanan "sair daxilolmalar" anlayışı, vergi ödəyiciləri tərəfindən ödənilən, digər vergi növü olmayan, lakin dövlət büdcəsinə daxil olan digər vəsaitləri ifadə edir. Yəni, əsas etibarilə cərimələri və maliyyə sanksiyalarını! Beləliklə, gələn ilin büdcəsində gəlirlərin 201 milyon manatının vergi orqanlarının xətti ilə toplanan sair daxilolmaların (cərimələrin-red.) payına düşəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2,7 dəfə çoxdur və yoxlamaların, cərimələrin də bir o qədər artacağını düşünməyə əsas verir…

Həmçinin, 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 9 milyard 184,8 milyon manatının və yaxud 23,9 %-nin əlavə dəyər vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,3 % çoxdur.

Eləcə də 2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 429 milyon manatının sadələşdirilmiş vergi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır. Bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə demək olar, 6 faiz çoxdur.

Bundan əlavə, mənfəət vergisinin 4 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların isə 29 faiz çoxaldılması gözlənilir. Azərbaycanda büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21 milyon manat olacağı gözlənilir ki, bu da 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 16 % çoxdur…


Qeyd edək ki, yalnız vergi orqanları deyil, gömrük də sahibkarlara “diqqəti” artıracaq. Belə ki, 2026-cı ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 6,85 milyard manat vəsait köçürəcəyi gözlənilir. Məlumata görə, bu, 2025-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,8 % çoxdur. Bu milyardların böyük hissəsi təbii ki, sahibkarların cibindən çıxacaq.

Bir sözlə, hər şey sahibkarlıq subyektlərinə, iqtisadiyyata pul qoymaqdan çox, pul yığmağa yönəlib. Bunun hansı formada, hansı üsullarla, necə yığılacağını xüsusi izah etməyə ehtityac yoxdur. Təkcə cərimə proqnozlarının 3 dəfəyədək artırılması kifayətdir ki, ümumi nəticə çıxarmaq mümkün olsun. Odur ki, xüsusilə də “kiçik və orta sahibkarları gələn il nə gözləyir” sualının cavabı tamamilə aydındır…

Elxan Qüdrətoğlu

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri