Gələn il Ukrayna ərazisindən Avropaya gedən qaz kəməri fəaliyyətini dayandıra bilər KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, Vladimir Zelenski 2025-ci ildə Avropaya axan qazın Ukrayna ərazisindən tranzitini dayandıra bilər.
KONKRET.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Fiko qeyd edib ki, Zelenski Ukrayna ərazisindən keçən istənilən tranzit xətti dayandıracaq. O, daha sonra müxtəlif texniki variantların olduğunu bildirib: “Kiyev Ukrayna ərazisindən Avropaya qaz tranzitinin davam etdirilməsinə imkan verəcək və Ukraynaya tranzit üçün ödəniş olunacaqdı. Lakin Vladimir Zelenski bunu rədd edəcək”. Robert Fiko əlavə edib ki, qaz tranzitinin dayandırılması onun bahalaşmasına səbəb olacaq.
Xatırladaq ki, Rusiya qazının Ukrayna ərazisindən keçməklə Avropaya tranzitinə dair hazırkı müqavilə 2024-cü ilin sonunda başa çatır.
Mərkəzi Avropanın iri qaz şirkətləri isə 2025-ci ildə Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsini dəstəkləyiblər.
Vəli Həsənoğlu,
KONRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 20 Dekabr 2024 11:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















