Icma.az
close
up
RU
Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib AZƏRTAC

Zelenski Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqlinin dayandırılmasını şərh edib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Kiyev, 1 yanvar, AZƏRTAC

“Bu günə olan məlumata görə, Rusiya qazının Ukrayna ərazisindən Avropaya nəqli sıfıra enib. Bu, Moskvanın ən böyük məğlubiyyətlərindən biri oldu”.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyanatında bildirib.

O xatırladıb ki, təqribən 25 il əvvəl Ukrayna ərazisindən Avropaya illik qaz nəqli 130 milyard kuba bərabər idi. “Bu gün Rusiya qazının nəqli isə sıfırdır”, - Zelenski əlavə edib.

Prezident qeyd edib ki, Avropa ölkələrinin əksəriyyəti enerji transformasiyası ilə bağlı dəyişikliklərə uğurla uyğunlaşıb.

“Biz həqiqətən də Avropaya Amerika qazının tədarükünün artırılmasına ümid edirik, çünki Prezident Tramp artıq əməkdaşlıq haqqında danışıb və bazardakı tərəfdaşlardan gələn maksimum təkliflər qiymətləri daha da rahatlaşdıracaq”, - deyə Zelenski qeyd edib.

Bəyanatın sonunda Zelenski bildirib ki, bazarda Avropanın real tərəfdaşlarından nə qədər çox qaz olsa, Avropanın Rusiyadan enerji asılılığının son mənfi nəticələri bir o qədər tez aradan qaldırılacaq.

Xatırladaq ki, Ukrayna 2025-ci il yanvarın 1-dən Rusiya qazının Avropaya tranzitini dayandırıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Yanvar 2025 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see201

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see189

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see180

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see163

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see157

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see142

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see136

İranın Azərbaycandakı səfirliyinə bir neçə XATIRLATMA VİDEO

02 Sentyabr 2025 20:43see134

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see133

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see133

“Pezeşkian ŞƏT sammitində fərqlənib: ABŞ dollarına qarşı “ağıllı gediş“ və gözlənilməz jest“ “Tasnim“ agentliyi

01 Sentyabr 2025 22:57see131

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see130

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see128

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see128

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see126

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see126

Ramzan Kadırova qiyabi ittiham irəli sürülüb

02 Sentyabr 2025 10:42see125

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see124

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see120

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri