“Gəlin, sülh içində yaşayaq, yoxsa...” Putin
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini dostluq şəraitində yaşamağa çağırıb və əks halda Rusiyanın adekvat cavab vermək məcburiyyətində qalacağını bəyan edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadla xəbər verir ki, dövlət başçısı müvafiq bəyanatla Hərbi-Sənaye Komissiyasının iclası zamanı çıxış edib.
Rusiya lideri Qərbə xitabən kəskin xəbərdarlıq edib:
“Sadəcə onlara demək istəyirəm ki, gəlin, daha yaxşı sülh və dostluq içində yaşayaq, yoxsa biz də cavab verməli olacağıq. Bu, hər kəs üçün aydın və dərk olunan ümumi bir həqiqət olmalıdır, çünki başqa cür olmayacaq”.
Xatırladaq ki, sentyabrın 11-də Putin Qərbin əvvəlcə Qafqazdakı terrorçuların, indi isə Ukraynadakı “neonasist rejiminin” köməyi ilə Rusiyanı sıxışdırmağa və “əzməyə” çalışdığını bildirmişdi. Onun sözlərinə görə, Qərb tərəfindən bu cür cəhdlər səngimək bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 19 Sentyabr 2026 00:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















