Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Gəlinqaynana münasibətləri necə olmalıdır?

Gəlinqaynana münasibətləri necə olmalıdır?

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ölkə üzrə dağılan ailələrin əsas boşanma səbəblərinə gəlin-qaynana münasibətlərini misal göstərə bilərik. Bu klassik mövzudan həyatımızda o qədər sıx bəhs olunub ki, haqqında yüzlərlə lətifə və hekayə yaranıb. Bəzən gülüşlə qarşılanan bu problem bir çox hallarda ailənin dağılması və hətta ölümlə də nəticələnir. Xüsusilə gəlin və qaynana eyni evdə yaşayırlarsa, problem daha qabarıq şəkildə özünü göstərir. Gəlin və qaynananın birlikdə yaşamadığı vəziyyətlərdə də tərəflər arasında problemlər yaşanmaqdadır. Bir çox hallarda bu problemlərin mərkəz nöqtəsi evin idarə edilməsi, qarşılıqlı ünsiyyət məsələləri sayılır. "Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da durmalıdır" kimi ifadəni "Qaynana" filmindən xatırlayırıq. Bu film gəlin-qaynana münasibətlərindəki problemləri özündə əks etdirən ən yaxşı nümunədir. Bəs gəlin-qaynana münasibətlərində problemin əsas səbəbi nədir, münasibətlər əslində necə qurulmalıdır? SİA mövzu ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənib.

Şəhər sakini Solmaz Abışova: "Məncə, gəlin-qaynana arasında çox səmimiyyət lazım deyil. Pərdəni saxlamaq lazımdır. Ümumiyyətlə, qaynanadan kənar yaşamaq, ayrı evə çıxmaq daha yaxşıdır. Bir evdə iki ailə olmaz. Mübahisə qaynananın oğluna qısqanclığından yaranır. Ona görə də, problem yaşanır".

Şəhər sakini Nahidə Babazadə: "Problem yaranırsa, məncə, qaynananın keçmiş nəsil olması, gəlinin isə daha müasir olmasından irəli gəlir. Eyni dam altında yaşayanda istər-istəməz bir-birinin səhvlərini daha çox görürlər, üzlərinə deyə bilmirlər. Ona görə də, içlərində nifrət yaranmağa başlayır. Onun üçün də gəlin və qaynana ayrı yaşasa yaxşıdır".

Şəhər sakini Leyla Ağabalayeva: "Münasibət həm qaynanadan, həm də gəlindən asılıdır. Baxır ki, kim necə hərəkət edir. Söhbəti bilmədən demək olmaz ki, problem kimdədir, hər ikisində ola bilər. Qaynana süddən çıxmış ağ qaşıq deyil. Qızımın qaynanası da qısqanclıq zəminində problem yaradır. Alınan ətin bir hissəsini kəsib deyirmiş ki, onsuz da, bişirməyəcəksən. Sonra da oğluna deyirmiş ki, gəlin bişirə bilmədi, ona görə də gətirdim. Məncə, gəlin qaynana ilə birlikdə yaşamamalıdır. İndi o zaman da deyil. Ümumiyyətlə, bir evdə iki qadın düz gəlmir. Gəlinin olmasın, qızın, başqa yaxının olsun, fərqi yoxdur. Hər evin öz qadını var və istəyər ki, öz mətbəxinə özü rəhbərlik etsin".

Şəhər sakini Pənah Məmmədov: "Mən də yaxınlarda qaynata olacağam. Məncə, heç birində problem yoxdur. Qaynana böyüklük etsə, gəlin də onun sözünə baxar. Gəlin və qaynana uzlaşmalıdır. Gəlin-qaynana birlikdə yaşamalıdır. İndiki zamanda problem çıxır. Əvvəllər 5 gəlin birlikdə yaşayırdı, problem olmurdu. İndi problemin əsas səbəbi internet ola bilər. Çünki müasir dövrdür, hamı istəyir ki, tək yaşasın, azadlıq olsun. Amma qaynananı da başa düşmək lazımdır. O da istəyir ki, övladının bəhrəsini görsün, gəlin onun qulluğunda dursun. Məncə, problem sudan səbəblərdən yaşanır. Hər ikisi istəsə, yola gedə bilərlər".

Şəhər sakini Yavər Mirzəliyev: "Gəlin-qaynana, yaxud da, gəlin-qaynata yaxşı yola getməlidir. Ona görə ki, gəlin bir vətəndaşın qızı, oğlan da bir vətəndaşın oğludur. Problem olarsa, öz aralarında bölüşməlidirlər. Ancaq hörmət və xoş niyyət olmalıdır. Qaynana və qaynatanın gəlinə heç bir maneəsi olmur. Daha da gəlinə kömək edirlər. Uşağa baxırlar, ehtiyacı olanda alıb gətirirlər. Elə insanlar da var ki, qəbul etmirlər, tək yaşamaq istəyirlər. Məsləhət verərdim ki, münasibətləri yaxşı olsun, yaxşı yaşasınlar, bir-birlərini başa düşsünlər".

Şəhər sakini Həqiqət Şınıxlı: "Oxuduqlarıma, milli-mənəvi dəyərlərdən bildiyimə görə mənə elə gəlir ki, hər bir qadın, qız getdiyi evi öz evi bilməlidir. Qaynana da gələn gəlini öz qızı saymalıdır. Bizdə "yad qızı" sözü var. Əslində evdə böyüyən yad qızıdır. Çünki o evdən yad evə həmin qız köçəcək. Amma gələn o evə gəlir. Gələn o evin qızıdır. Ona görə də, qaynana da gəlinə yaxşı baxmalıdır, gəlin də qaynananı əsl anası kimi qəbul etməlidir. Bu zaman əsl sosiallaşma baş verər. Mənim elə tanıdığım ailələr var ki, illərlə birlikdə yaşayıblar. Hamısı da hörmətlə yaşayıblar, dava-dalaş olmayıb. Hətta bir damın altında 20 uşaq da yaşayıb. Xoşbəxt də olublar. Bir-birini təhqir etməklə, həyat xoş keçə bilməz. Yaxşı olar ki, bir-birlərini yaxşı qəbul edib, yaxşı da yaşasınlar".

Şəhər sakini Hənifə Orucova: "Mən gəlin köçəndə 76-cı illər idi. O vaxt başqa idi, indi tamam başqadır. Gərək hər vaxtın özünə uyğun olsun. Biz 4 gəlin idik, dördümüz də qaynanama tabe idik. Qaynanamız haqlı-haqsız da olsa onu qəbul etməli idik. İndi özüm qaynanayam. Birinci qızımı, sonra da oğlumu evləndirmişəm. Qızımın problemi olanda narahat olurdum, bir zəngindən ürəyim xarab olurdu. Sonra gəlin gətirdim. Üç gündən sonra dedim ki, qızım, sən daha bu evin sahibisən, mən evdə olmayanda böyüklük sənin əlindədir, nəyi düz bilirsənsə, onu da edərsən. Gəlinimdən də, anasından da razıyam. Mən şadam ki, birinci qızım evlənmişdi. Qızımın narahatlığı olanda mən ipdən asılı qalırdım. Ona görə də, gəlini incitmədim".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri