Icma.az
close
up
RU
Gəlmirsə, heç gəlməsin! Çingiz Qənizadə Nassim Talebin cavabını verdi

Gəlmirsə, heç gəlməsin! Çingiz Qənizadə Nassim Talebin cavabını verdi

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"İtirən Azərbaycan dövləti yox, məhz onun özü olacaq""Azərbaycana böyük qonorarla Talebi yox, öz alimlərimizi dəvət edin!""Azərbaycan itirmədi, Nassim Taleb itirdi"

Livan əsilli amerikalı yazıçı Nassim Nikolas Talebin Azərbaycana qarşı qərəzli mövqeyi beynəlxalq mətbuatda rezonans doğurub. Yazıçı mühazirə oxumaq üçün ölkəmizdən aldığı dəvəti rədd edib. O bu qərarını Ruben Vardanyanın həbsi ilə əlaqələndirib. Taleb sosial şəbəkə hesabında bu münasibəti belə ifadə edib:

“Məni Azərbaycana mühazirə oxumaq üçün dəvət etmişdilər, imtina etdim. Onlar etik prinsiplərimi anlamayaraq, təklif etdikləri məbləği artırdılar və bunun qərarımı dəyişəcəyini düşündülər. Ruben Vardanyan həbsdə olduğu müddətdə bu ölkəyə ayaq basmayacağam”.

Xatırladaq ki, R.Vardanyan müharibə cinayətləri və terrorçuluqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib. Ortada təkzibedilməz dəlillərlə sübut olunmuş konkret cinayət tərkibi var. Lakin xaricdəki bəzi “intellektuallar” cinayətkar fiqura vəkillik etmək üçün növbəyə durublar. Xalqımızın məşhur “sahibi çox olan eşşəyi qurd yeyər” məsəli sanki yazıcının qərəzli mövqeyini təsvir etmək üçün deyilib. Kənardan bu qədər çox “sahibi” olan, hərənin öz marağı üçün alətə çevirdiyi bir cinayətkarın həm mənəvi, həm də hüquqi sonu məğlubiyyətdir.

Mövzu ilə bağlı Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə Sherg.az-a sənət adamlarının və yazıçıların siyasətə qoşulmasının əleyhinə olduğunu bildirib: 

“Onlar öz yaradıcılıq işləri ilə məşğul olmalıdırlar. Siyasətə baş vuran kimi özləri üçün bir problem yaradırlar. Amerikalı yazıçı Nassim Nikolas Taleb Livan əsillidir. Livanda erməni icmasının çoxluğunu nəzərə alsaq, onun ermənilərlə sıx təmaslarının olması qaçılmazdır. O, erməni qruplaşmalarının və onlara havadarlıq edən şəbəkələrin sifarişlərini yerinə yetirir. Taleb siyasətin aləti olmaqdansa, diqqətini öz yaradıcılığına və intellektual fəaliyyətinə yönəltməlidir. Onun başqa bir dövlətin daxili işlərinə qarışmağa haqqı yoxdur. Belə olan halda, onun Azərbaycana dəvət olunub mühazirə oxuması hansı zərurətdən doğur? Nə üçün biz ona böyük qonorar ödəyib kürsü verməliyik? Hesab edirəm ki, Azərbaycanda intellektual potensialı, elmi araşdırmalarının dərinliyi ilə ondan qat-qat üstün olan mütəxəssislərimiz var. Bu missiyanı həmin insanlar çox daha uğurla yerinə yetirə bilərlər”. 

Müsahib qurumları yerli kadrların əməyinə və potesialına üstünlük verməyə çağırıb:

“Biz nəyə görə hər sahədə istər idmanda, istərsə də digər peşələrdə həmişə xarici kadr xidmətinə üstünlük verməliyik? İndi də eşidirəm ki, bəzi qurumlara xarici mütəxəssislər gətirilib və onlara çox yüksək məbləğdə qonorar ödənilir. Sizi inandırıram ki, bu işlərin öhdəsindən layiqincə gələ biləcək kifayət qədər savadlı, intellektual gənclərimiz var. Yerli potensialımız durarkən nə üçün resurslarımızı başqalarına xərcləməliyik? Nassim Azərbaycanın daxili işlərinə qarışmaqla özünün imicinə zərbə vurdu. Azərbaycana gəlməkdən imtina etməklə o, gözəl bir ölkəyə səfər etmək şansını itirmiş oldu”. 

Ç.Qənizadə onu da qeyd edib ki, siyasəti dərk etməyən birinin barəsində məhkəmə hökmü çıxarılmış cinayətkarı dostluq xətrinə müdafiə etməsi heç kimə başucalığı gətirməz:

“Yəni, cinayət törədən şəxs əməlinə görə mütləq cəzalandırılmalıdır. O, kiminsə dostu olsa belə, qanunun aliliyi hər cür şəxsi münasibətdən üstün durmalıdır. Görünür ki, Nassim öz şəxsi əlaqələrini hər şeydən uca tutaraq Azərbaycanın daxili işlərinə və məhkəmə sisteminə müdaxilə etməyə çalışır. O, “dostu” öz dili ilə desək “siyasi məhbus” adlandırdığı Ruben Vardanyanın həbsinə etiraz olaraq Azərbaycana gəlməkdən imtina edib. Gəlmir, heç gəlməsin! Yəni burada itirən Azərbaycan dövləti yox, məhz onun özü olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Avqust 2026 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri