Icma.az
close
up
RU
Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? AÇIQLAMA

Gəmi ilə sərnişindaşıma reallaşa bilərmi? AÇIQLAMA

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda tıxac probleminin həlli üçün dəniz nəqliyyatından istifadənin mümkünlüyü ilə bağlı sosial şəbəkələrdə müxtəlif təkliflər səsləndirilir. İrəli sürülən fikirlərdən biri də paytaxtın müxtəlif əraziləri arasında sərnişin və avtomobillərin dəniz yolu ilə daşınmasının təşkil edilməsidir.

Bəs bu model Bakı üçün nə dərəcədə realdır?

Ekoloq Qorxmaz İbrahimli Milli.Az-a açıqlamasında bildirib ki, Bakıda dəniz nəqliyyatının tətbiqi ilə tıxac probleminin aradan qaldırılması ideyası reallığa uyğun deyil.

Onun sözlərinə görə, Bakı ilə İstanbulu dəniz naviqasiyası baxımından müqayisə etmək düzgün deyil. Ekoloq bildirib ki, Xəzər dənizi qapalı su hövzəsi olduğundan suyun səviyyəsi və sahilboyu şərait daim dəyişir:

"Xəzərdə hazırda suyun çəkilmə dövrüdür. Belə şəraitdə böyük vəsait hesabına dəniz nəqliyyatı infrastrukturu yaratmaq iqtisadi cəhətdən səmərəli olmaz".

Qorxmaz İbrahimli hesab edir ki, Bayıl-Əhmədli kimi istiqamətlər üzrə sərnişinlərin dəniz yolu ilə daşınması üçün iri layihələrin həyata keçirilməsi tıxac problemini həll etməyəcək.

Ekoloq qeyd edib ki, Türkiyədə və digər ölkələrdə dəniz nəqliyyatı sistemləri yüz illər ərzində formalaşmış infrastruktur üzərində qurulub və davamlı inkişaf etdirilir. Onun fikrincə, Azərbaycanda isə belə bir baza mövcud deyil.

Q.İbrahimli Bakıda nəqliyyat sıxlığının azaldılması üçün əsas həll yolunun şəhərin yükünü azaltmaq olduğunu bildirib. O, bəzi universitetlərin, nazirliklərin və paytaxt üçün zəruri olmayan dövlət qurumlarının regionlara köçürülməsini təklif edib:

"İnsanlar maariflənməli, şəhərin mərkəzləşməsi azaldılmalıdır. Məsələn, bəzi ali təhsil müəssisələrinin və dövlət qurumlarının regionlarda yerləşdirilməsi həmin ərazilərin inkişafına da təkan verə bilər".

Mina Mikayılova
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 08 İyun 2026 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1031

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see528

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see428

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see335

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see332

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see234

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see233

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see226

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see221

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see216

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see216

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see208

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see208

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see201

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see186

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see181

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see180

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see178

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri