Icma.az
close
up
RU
Gəmilərimiz ölkəmizdə təmir edilir

Gəmilərimiz ölkəmizdə təmir edilir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan gəmilərin işlək vəziyyətdə saxlanılması üçün təmir işlərinə xüsusi diqqət yetirilir. Ötən il qurumun tərkibində fəaliyyət göstərən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, eləcə də “Bibiheybət” Gəmi Təmiri Zavodunda, ümumilikdə, 1088 gəmi təmiri əməliyyatı aparılıb.
ASCO-dan verilən məlumata görə, təmir işlərindən 870-i səfərlərarası naviqasiya təmiri, 8-i əsaslı, 20-si tərsanə, 1-i cari olmaqla 899-u “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun, 100-ü səfərlərarası naviqasiya, 17-si əsaslı, 54-ü tərsanə, 18-si cari olmaqla 189-u isə “Bibiheybət” Gəmi Təmiri Zavodunun payına düşüb. İl ərzində təmirə dayanan gəmilərdən 27-si kənar təşkilatlara aid olub. Ümumilikdə isə, son 5 ildə ASCO-nun gəmi təmiri zavodlarında 4707 gəmi təmiri işi yerinə yetirilib. Həmin gəmilərin 195-i kənar təşkilatlara məxsus olub.
Qurumdan bildiriblər ki, gəmilərin təmiri müvafiq registr təşkilatlarının və beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq həyata keçirilir. Təmir zamanı gəmilərin gövdələri təmizlənir, əsas və köməkçi mühərrikləri müasir, daha az tullantılı, ətraf mühitə daha az təsirə malik olan mühərriklərlə əvəzlənir. Yeri gəlmişkən, 2018-2023-cü illər ərzində 558 gəminin gövdəsi təmizlənib, 105 ədəd köməkçi, 16 ədəd əsas mühərrik alınaraq gəmilərə quraşdırılıb.
Ölkənin nəhəng tərsanələrində təmir işlərinin keyfiyyətinin yüksəldilməsi və təmir prosesinin sürətinin artırılması məqsədilə infrastruktur davamlı müasir tələblər səviyyəsində təkmilləşdirilir və inkişaf etdirilir. Gəmi təmiri prosesinin səmərəliliyinin artırılması istiqamətində də davamlı optimallaşdırılma işləri aparılır. Ötən müddətdə gəmilərin təmir prosesinə elektron nəzarətin həyata keçirilməsi, gəmi təmiri üçün tələb olunan ehtiyat hissələri və mal-materialın planlaşdırılması, işlərin gəmi təmiri prosesinin hər bir addımında təsdiqlənmiş plana əsasən vaxtında və büdcə daxilində həyata keçirilməsinə nəzarəti gücləndirmək məqsədilə “Gəmi təmirinin izlənilməsi” sistemi tətbiq edilib. Optimallaşdırılma işləri çərçivəsində SAP ERP sisteminin PM – gəmi təmiri və texniki xidmətin planlaşdırılması modulu müvəffəqiyyətlə istifadəyə verilib.
Qeyd edək ki, ASCO bütün əməliyyat və proseslərdə olduğu kimi, gəmi təmiri sahəsində də ətraf-mühitin qorunması, enerji səmərəliliyinin artırılması məsələlərini daim diqqətdə saxlayır, bu istiqamətdə dünyada mövcud olan innovativ yenilikləri araşdıraraq tətbiq edir. Ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi istiqamətində atılan addımların davamı kimi ötən il ­ASCO-nun “Bibiheybət” Gəmi Təmiri Zavodunun istehsalat sexlərinin birinin damında 512 kvadratmetr ərazidə hər biri 690 Vt olmaqla 162 ədəd günəş paneli quraşdırılıb.
Hazırda hər iki zavodda geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edilir. Bundan əlavə, 2017-ci ildən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu müvafiq sertifikatlaşma keçməklə, gəmi tikintisi xidmətləri də təqdim etməyə başlayıb. Ötən müddətdə burada 5 ədəd kiçik su tutumlu yedək gəmisi – “ASCO 1”, “Tərtərçay”, “Həkəriçay”, “Bərgüşadçay” və “Azıx” gəmisi tikilərək təhvil verilib. 2025-ci ildə bu seriyadan olan daha bir ədəd gəminin təhvili planlaşdırılır.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1175

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see358

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see346

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see345

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see344

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see337

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see299

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see275

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see245

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see217

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see204

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see204

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see197

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see184

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see177

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri