Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış DİN görüntülərini yaydı Video

Narkotik asılılığı olan vəkil Kəngərli tanışlarına da satırmış DİN görüntülərini yaydı Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Polis narkotik və güclü təsiredici dərman preparatlarının qanunsuz satışına qarşı əməliyyat keçirib.

“Qafqazinfo” DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus “Vidal” aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı üçün saxlanılıb. Baxış zamanı aptekdən İranda istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsiredici “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb.

Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin şəxslər - 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsiredici “Pregabalin” həbləri aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan “Pregabalin” və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb.

İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsiredici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib. Bundan başqa, O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici preparatların istifadə etməsi ilə bağlı apardığı danışıqlar, eləcə də həmin maddələri “liri”, “lirik” “lirika” kimi şərti adlar altında əldə etməsinə dair məlumatlar əldə edilən texniki sübutlarla təsdiqini tapıb.

Qeyd edilən faktlarla bağlı O.Kəngərliyə və X.Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə adı keçən digər şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, həbs edilən Orxan Kəngərli “Alyans” vəkil bürosunun rəhbəri və vəkilidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:23
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri