Gürcü nazir Cənubi Qafqaz Boru Kəməri və BTC nin strateji əhəmiyyətindən danışıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
“Gürcüstan Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa və beynəlxalq bazarlarla birləşdirən etibarlı tranzit dəhlizi kimi çıxış edərək Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində aparıcı rol oynayır”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili Varşavada keçirilən “Transatlantik Energetika və İqlim Əməkdaşlığı Tərəfdaşlığı”nın yeddinci nazirlər toplantısında çıxışında deyib.
Onun sözlərinə görə, Cənubi Qafqaz Boru Kəməri və Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi strateji infrastruktur layihələri Gürcüstanın enerji təchizatının şaxələndirilməsinə, asılılığın azaldılmasına və Avropanın enerji dayanıqlılığının artırılmasına verdiyi mühüm töhfəni təsdiqləyir.
“Gürcüstan Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqlini təmin edir, Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa boru kəmərləri vasitəsilə isə Xəzər regionunu beynəlxalq bazarlarla əlaqələndirərək Xəzər nefti üçün əsas tranzit marşrutu kimi çıxış edir", - deyə nazir bildirib.
Mariam Kvrivişvili Gürcüstan, Azərbaycan, Türkiyə və Bolqarıstan arasında bu yaxınlarda Antalyada təmiz enerji sahəsində imzalanmış sazişə də toxunaraq, bu təşəbbüsün Azərbaycan və Gürcüstanda istehsal olunan elektrik enerjisinin Türkiyə və Avropa İttifaqı ölkələrinə ixracına töhfə verəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 21 Noyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















