Meksikada narkobaronun saxlanılmasından sonra silahlı qarşıdurmalar başlayıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Meksikanın Sinaloa ştatının Quasave şəhərində narkokartel lideri“El Çapo İsıdro” ləqəbi ilə tanınan Fausto İsıdro Mesa Floresin saxlanılmasından sonra silahlı qarşıdurmalar və genişmiqyaslı iğtişaşlar baş verib.
“El Pais” qəzetinin bu gün yaydığı məlumata görə, Meksika ordusu noyabrın 20-də keçirilən xüsusi əməliyyat zamanı Mesa Floresi saxlayıb.
Nəşr bu məlumatı ölkənin Təhlükəsizlik Kabinetinə yaxın mənbələrə istinadən yayıb.
Saxlanılmadan sonra kartellə əlaqəli silahlı şəxslər Quasave şəhərində federal təhlükəsizlik qüvvələrinə hücum ediblər. Şəhərdə atışmalar baş verib, yollar yük maşınları və digər nəqliyyat vasitələri yandırılaraq bağlanıb. Hərbi helikopterlər şəhər üzərində uçuşlar həyata keçirib.
Meksikanın Sinaloa ştatının İctimai Təhlükəsizlik Katibliyi federal qüvvələrə hücum edildiyini təsdiqləyib və sakinləri evlərində qalmağa, təhlükəli ərazilərdən uzaq durmağa çağırıb. Silahlı qarşıdurmalar səbəbindən Quasave və Mazatlan komandaları arasında beysbol oyunu da dayandırılıb.
Məlumata görə, Fausto İsıdro Mesa Flores “Los Mazatlecos” kimi tanınan, həmçinin Mesa-Flores təşkilatı və Quasave karteli adlandırılan cinayətkar qruplaşmanın rəhbəridir. O, ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) ən çox axtarılan 10 cinayətkarı siyahısında yer alır.
ABŞ hakimiyyəti onun tutulmasına səbəb olacaq məlumat üçün 5 milyon dollar mükafat vəd etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 21 Noyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















