Gənc fəal: Miqrantların öz yaşayış ərazilərini tərk etmələri onlar üçün böyük çətinlik yaradır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 14 noyabr, AZƏRTAC
Bugünkü aksiyamız səssiz şəkildə təşkil edilib. Burada əsas məqsəd iqlim dəyişiklikləri zamanı miqrantların qarşılaşdığı problemlərdir. Hansı ki, bu gün miqrant məsələsi dünya üzrə qlobal məsələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında gənc fəal Şəbnəm İbrahimli söyləyib.
O bildirib ki, miqrantların təbii fəlakətlər nəticəsində öz yaşayış ərazilərini tərk etmələri onlar üçün böyük çətinlik yaradır: “İqlim dəyişmələri zamanı ortaya çıxan su qıtlığı, təbii su böhranları və s. kimi məsələlər miqrantlar üçün böyük problemə çevrilib. Biz də gənc fəallar olaraq bildirmək istəyirik ki, bu problemlərin hər biri insanlıq üçün böyük məsələ halına gəlib. Biz istəyirik ki, ölkəmizdə baş tutan bu böyük konfrans zamanı öz fikirlərimizi çatdıra bilək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 14 Noyabr 2024 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















