Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu 44 günlük müharibə zamanı...

Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu 44 günlük müharibə zamanı...

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ və Avropadakı erməni diasporunun Vaşinqton razılaşmasından sonra fəallaşması diqqət çəkir. Diaspor üzvü olan ermənilərin son zamanlarda İrəvan hökuməti ilə münasibətlərinin soyuması, yaşanan fikir ayrılıqları fonunda Bakı ilə sülh danışıqlarını hədəf aldıqları müşahidə olunur.

ABŞ-ın nüfuzlu “National Interest” jurnalında erməni diasporunun radikal nümayəndəsi kimi tanınan Stefan Peşdimalci tərəfindən Azərbaycana qarşı əsassız iddialar və iftiralarla dolu məqalənin dərci də buna nümunədir. Lakin dərgi balans naminə keçmiş diplomat Anar Cahangirlinin “Ermənistan-Azərbaycan sülh prosesini tənqid deyil, dəstəkləmək lazımdır” adlı cavab məqaləsini də yayımlayıb.

Globalinfo.az-a danışan ermənişünas alim Qafar Çaxmaqlı deyib ki, erməni diasporu həmişə fəal olub, onun yüz ildən çox fəaliyyət tarixi var:

“Diaspor hər zaman baş verən proseslərə müdaxilə edib. Lakin baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra məqsədli şəkildə erməni diasporunun təsir imkanları azaldılıb. 44 günlük müharibə nəticəsində bu icma da Ermənistanla birlikdə ağır zərbə aldı.

Diasporun Ermənistana maddi yardımları da azalıb. Çünki icmanın “ermənilik ideologiyası” ilə Ermənistan arasında anlaşılmazlıqlar mövcuddur və bu, bəzi hallarda gərginliyə səbəb olur. Yardımlar əsasən Daşnaksütyun Partiyası vasitəsilə edilirdi, lakin göndərilən pulların mənimsənilməsi halları da ortaya çıxdı. Müharibə dövründə diasporun göndərdiyi yüz milyonlarla vəsaitin taleyi bu günədək məlum deyil.

Ölkədə pozuculuq fəaliyyəti göstərdiyinə görə Daşnaksütyun Partiyasının qadağan olunması məsələsi gündəmdədir. Onun addımın atılması əslində, erməni diaspor təşkilatlarının da fəaliyyət imkanlarının məhdudlaşdırılması deməkdir. Hazırda Ermənistan rəhbərliyi ilə diaspor qurumları arasında ciddi fikir ayrılıqları var. Siyasi hadisələrə yanaşmada fərqliliklər iki erməni hərəkatı arasında mübarizəni qaçılmaz edir”.


Qafar Çaxmaqlı

Həmçinin oxuyun:

ABŞ nəşrində məşhur erməniyə cavab verildi – “Anlamaq lazımdır ki…”

Q.Çaxmaqlının sözlərinə görə, erməni diasporu ideoloji olaraq fəaliyyətini qondarma “erməni soyqırımı” və “Qarabağ məsələsi” üzərində qurub:

“Ermənistan hakimiyyəti isə bu iki istiqamətin dövlət üçün zərərli olduğunu əsas gətirərək onlardan imtina etmək yolunu seçib. Paşinyan son açıqlamasında Qarabağ məsələsinin gündəmə gətirilməsini Ermənistan üçün təhlükə hesab etdiyini söylədi. O, həmçinin – “Biz qondarma “erməni soyqırımı”nın nədən baş verdiyini araşdırmalı və Qarabağ məsələsini Ermənistanın siyasi gündəmindən çıxarmalıyıq”, – deyib. Bu mövqeni erməni diaspor təşkilatları qəbul etmir. Çünki qeyd olunan iki ideoloji xətt onların varlıq səbəbidir. Beləliklə, onlar istər-istəməz Ermənistan daxilindəki anti-Paşinyan qüvvələrlə birləşmək məcburiyyətində qalırlar.

Vaşinqton anlaşmasından sonra xüsusilə ABŞ təşkilatlanmış erməni diaspor qruplarının gələn il keçiriləcək seçkilərdə Paşinyanın hakimiyyətdən getməsinə dəstək verəcəkləri gözlənilir.

Dünyada təxminən 10 milyon erməni yaşayır, onların yalnız dörddə biri Ermənistanda məskunlaşıb. Ən çox erməni Rusiya, ABŞ və Fransadadır. Deməli, onların təsir imkanları əsasən bu ölkələrdədir. Vaşinqton sülh prosesini başladıb və oradakı ermənilər yaşadıqları ölkənin siyasətinə qarşı çıxa bilməzlər. Buna görə də sülh prosesini pozmaq iqtidarında deyillər”.

Alimin sözlərinə görə, erməni diasporunun yaşadıqları ölkələrin siyasətinə yön verdiyinə dair iddialar kökündən yanlışdır:

Diaspor fəallarının fəaliyyətini izləyirəm, bəsit və ənənəvi iddialardan başqa ortaya ciddi bir şey qoya bilmirlər. Ən əsası isə Ermənistanda yaşayan əhalini öz ideologiyalarına inandırmaq qabiliyyətləri yoxdur.

Erməni diasporu daha çox Erməni İnqilabi Federasiyası – Daşnaksütyun Partiyasına yaxındır. Lakin bu partiyanın reytinqi Ermənistanın özündə belə 1 faizdən yuxarı deyil. Azərbaycan isə Vaşinqton bəyannaməsində öhdəsinə götürüb ki, Ermənistanın daxili işlərinə qarışmayacaq və bu, əslində, dövlətimizin siyasi prioriteti deyil”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Avqust 2025 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri