Icma.az
close
up
RU
Gənc qadınlarda smartfon istifadəsi və sosial narahatlıq arasında əlaqə aşkarlanıb TƏDQİQAT

Gənc qadınlarda smartfon istifadəsi və sosial narahatlıq arasında əlaqə aşkarlanıb TƏDQİQAT

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 8 aprel, AZƏRTAC

Avropa Psixiatriya Assosiasiyasının 2025-ci il konqresində yeni tədqiqat təqdim olunub.

AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə görə, cinsiyyət faktoru smartfon istifadəsində mühüm rol oynayır və xüsusilə, gənc qadınlar bu kontekstdə daha çox sosial narahatlıq yaşayırlar. Tədqiqat Corc Emil Palade Tibb Universiteti (Rumıniya) və Eötvös Lorand Universiteti (Macarıstan) alimləri tərəfindən həyata keçirilib. Tədqiqatda 400 gənc iştirak edib (orta yaş 25,9), onlardan 104-ü kişi, 293-ü qadın və 3 nəfəri digər cinslərə aid olub. Araşdırmanın əsas məqsədi smartfon istifadəsi, zehni rifah, emosional tənzimləmə və sosial narahatlıq arasında mövcud olan cinsiyyət fərqlərini müəyyən etmək olub. Əldə edilən nəticələrə əsasən, gənc qadınlar internetdə mənfi qavrayışa məruz qalmaqdan daha çox qorxurlar. Cinsiyyət faktoru gündəlik smartfon istifadəsi müddəti, Psixi Sağlamlıq Davamlılıq Şkalası (MHC), Duyğuların Qiymətləndirilməsi Şkalası (AES) və Mənfi Qavrama Qorxusu Anketi (FNPQ) kimi vasitəçi dəyişənlər baxımından əhəmiyyətli fərqliliklər yaradır. Qadınlar digərləri ilə müqayisədə smartfona daha çox vaxt sərf edirlər və bu, onların sosial narahatlıq səviyyəsi ilə əlaqəlidir.

Aparıcı tədqiqatçı dr. Csibi Sandor qeyd edib ki, həmin nəticələr qadınların smartfon istifadəsinin psixi sağlamlıq üzərində daha güclü təsirlərinə məruz qaldığını göstərir: “Eyni zamanda, sosial interaktivliyin azalması, aşağı emosional anlayış və qəbul edilən sosial dəstəyin azalması kimi amillərin də bu prosesə təsir etdiyini ortaya qoyuruq. Bu mövzularda daha dərin araşdırmalar aparılmalıdır”.

Tədqiqatın həmmüəllifi, xanım Neha Pirvani əlavə edib: “Tapıntılarımız göstərir ki, qadınlar problemli smartfon istifadəsinin təsirlərinə qarşı daha həssasdır və bu səbəbdən əlavə dəstək, rəhbərlik və müdaxiləyə ehtiyac duyurlar”.

Professor Geert Dom isə vurğulayıb: “Z nəslinin demək olar ki, 100 faizi smartfona sahibdir və ondan istifadə edir. Artan sübutlar göstərir ki, bu texnologiyalardan istifadə psixi sıxıntı, özünə zərərvermə və intihara meyilliliklə əlaqəlidir. Bu səbəbdən, xüsusilə, gənc yaş qruplarında bu mövzuya xüsusi diqqət ayrılmalıdır”.

Bu tədqiqat texnologiyanın psixi sağlamlığa təsiri mövzusunda cinsiyyət fərqlərini anlamaq baxımından mühüm töhfə verir və gələcəkdə tətbiq olunacaq müdaxilə strategiyalarının formalaşdırılmasına yol aça bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Aprel 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see155

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see150

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see128

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri