Icma.az
close
up
RU
Gəncə məktəblərində kriminal hadisələr niyə artıb? Şəhərin deputatı DANIŞDI

Gəncə məktəblərində kriminal hadisələr niyə artıb? Şəhərin deputatı DANIŞDI

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Son illərdə ölkə məktəblərində şagirdlər arasında baş verən bıçaqlanma və ölüm hallarının bir neçəsi Gəncə məktəblərində baş verib. Bu da Gəncədə tədris ocaqlarında təlim-tərbiyə və tədrisdə müəyyən boşluqlar olması ilə bağlı fikirləri gücləndirib.  
Mövzu ilə bağlı Demokrat.az-a danışan Gəncənin millət vəkili Müşfiq Cəfərov deyib ki, bu gün Azərbaycan məktəblisi qəhrəman kimi tariximizdəki hansısa uğurlu şəxsləri yox, cinayət, oğru aləminin məşhur simalarını nümunə kimi götürürlər:

“Biz artıq aşağı sinif şagirdlərinin üzərində belə soyuq, kəsici-deşici alətlər tapa bilərik. Kriminal hadisələrin və narkomaniyanın artması təkcə şəhərlə və coğrafi məkanla bağlı deyil, daha çox sosial və mənəvi səbəblərlə əlaqəlidir. Gəncə şəhərində yeniyetmələrin və gənclərin vaxtlarını səmərəli keçirmələri üçün kifayət qədər şanslar yaradılıb. Şəhərdə uşaqlar üçün yaradıcı və idman mərkəzləri mövcuddur. Hər kəs müxtəlif dərnəklərdən, idman klublarından istifadə edə bilir və bu da gənclərin həm fiziki, həm də mənəvi inkişafına müsbət təsir edir. Amma məktəblilər arasında zorakılığa, aqressiyaya məruz qalma halları hələ də günümüzün aktual problemlərindədir”. 
Deputat qeyd edib ki,  dövlət məktəblərində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə maarifləndirici tədbirlər mütəmadi xarakter almalıdır:
“Təhlükəsizlik tədbirləri ilə bağlı şagirdlərin, valideynlərin maarifləndirilməsi və onların məsuliyyətinin daha da artırılması üçün valideynlərin iştirakı ilə görüşlərin keçirilməsi vacibdir.  Digər tərəfdən bu maarifləndirici tədbirlərdə bir qurumun iştirakı və ya Elm və Təhsil Nazirliyinin dəstəyi gözlənilməməlidir.
Xüsusilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc ailələrlə, qadınlarla maarifləndirici tədbirlərin təşkilində iştirakı daha məqsədə uyğun olardı”.
Cavidan Mirzəzadə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 İyun 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see340

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see319

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see318

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see290

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see289

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see284

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see276

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see258

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see251

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see249

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see241

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see240

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see236

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see230

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see210

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see199

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see190

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see182

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri