Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Gəncə axşamları sənət işığına möhtacdır

Gəncə axşamları sənət işığına möhtacdır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəhərin mədəni həyatına əlvanlıq gətirməyin vaxtı çatıb

Gəncə Azərbaycanın ikinci böyük şəhəri olmaqla yanaşı, həm də qədim tarixi, zəngin mədəni irsi və gözəl insanları ilə fərqlənən bir məkandır. Bu gün Gəncədə gəzməli-görməli yerlər kifayət qədər çoxdur. Abadlaşdırılmış bulvarlar, yenilənmiş parklar, yeni salınan xiyabanlar şəhərə xüsusi yaraşıq verir. Axşam düşər-düşməz minlərlə sakin və şəhərin qonaqları bu məkânlara üz tutur. Kimisi gəzintiyə çıxır, kimisi istirahət edir, kimisi də sadəcə şəhərin axşam nəfəsini duymağa çalışır.

Ancaq bu mənzərəni daha da canlandırmaq, rəngarəng etmək mümkündür. Və bunun üçün nə böyük maliyyə, nə də illərlə gözləmə tələb olunur. Sadəcə, bir az təşəbbüs, bir az yaradıcılıq və bir az da ...

Gəlin nəzərə alaq ki, parklar, bulvarlar, xiyabanlar yalnız gəzinti üçün deyil, həm də mədəniyyətin nəfəs aldığı, sənətin nümayiş olunduğu məkanlar olmalıdır. Bir anlığa təsəvvür edin ki, axşam saatlarında Gəncənin ən gözəl parklarında zərif musiqi səslənir, bir küncdə aktyorlar səhnəcik qurur, digər yanda rəssamlar portret çəkir... İnsanlar təkcə dincəlmir, həm də ruhən qidalanır, estetik zövqlə əhatə olunurlar. Yaxud Cavad xanın məqbərəsi qarşısında bir trio caz ifa edir, “Xan Bağı”nda rəqs qrupu folklor nömrəsi təqdim edir, “Gəncəçay Bulvarı”nda isə açıq səhnədə gənc şairlər poeziya gecəsi keçirir. Bütün bunlar təkcə şəhəri bəzəməz, həm də şəhər sakinlərinin və turistlərin yaddaşında silinməz izlər buraxar.

Bu baxımdan Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən həftədə heç olmasa üç dəfə – cümə axşamı, şənbə və bazar günləri müxtəlif istirahət məkanlarında konsert proqramları, əyləncəli şoular, sənət əsərlərinin nümayişləri təşkil olunsa, nə gözəl olar! İncəsənət ustaları, musiqi məktəblərinin şagirdləri, mədəniyyət evlərinin kollektivləri, həvəskar ifaçılar, hamısı bu tədbirlərə cəlb edilə bilər.

Yeri gəlmişkən, idarənin tabeliyində olan Goranboy, Naftalan, Samux, Göygöl, Daşkəsən rayonlarının da potensialı həmin işə qatılarsa, bu mədəni təşəbbüs təkcə Gəncə ilə məhdudlaşmaz, bütöv bir bölgəyə yayılmış olar.

Bu cür tədbirlərin daha bir önəmi gənc istedadlar üçün səhnə imkanının yaranmasıdır. Musiqi məktəblərinin şagirdləri, gənc aktyorlar, şeir və sənət həvəskarları üçün “Açıq mikrofon” formatında proqramlar təşkil edilə bilər. Bu, həm onların özlərini sınamaları, həm də cəmiyyətə təqdim olunmaları üçün böyük fürsət olar. Gənclər nə qədər çox səhnəyə çıxsa, bir o qədər özlərinə inamları artar, istədiklərinə nail ola bilərlər.

Belə tədbirlər, eyni zamanda, ailələrin birlikdə vaxt keçirməsi üçün də yeni və faydalı bir alternativdir. Axı hər ailə axşam saatlarında həm istirahət etmək, həm də övladlarına gözəl bir mühit göstərmək istəyir. Uşaqlar üçün teatr tamaşaları, böyüklər üçün canlı musiqi ifaları, ailəliklə izlənəcək klassik film gecələri, bax, bunların hamısı şəhər həyatına başqa bir abu-hava qata bilər.

Gəlin şəhərin gecə həyatını yalnız səhnələrdə deyil, elə parkların özündə yaşadaq. Küçələrin bir hissəsində xalq sənətkarlığı yarmarkaları qurula bilər. Xalçaçılıq, keramika, ağac oyma, milli geyimlər və suvenirlər burada həm nümayiş etdirilər, həm də satılar. Bu, bir tərəfdən sənətkarlar üçün əlavə qazancdırsa, digər tərəfdən şəhərin mədəni kimliyini qorumağın və tanıtmağın yollarından biridir.

Rəssamların canlı şəkildə portret çəkdiyi, heykəltəraşların öz sənətini nümayiş etdirdiyi “sənət guşələri” yaradılarsa, həm maarifləndirici, həm də əyləncəli bir mühit yaranar.

Gəncənin mədəni axşamlarını kino və yumor proqramları ilə daha da canlandırmaq olar. Açıq havada ekran qurularaq klassik Azərbaycan filmləri və ya müasir qısametrajlı filmlər nümayiş etdirilsə, şəhər bir anda nostalji dolu, sevgi dolu bir ab-havaya bürünər.

Yumor gecələri, parodiya şouları, digər müxtəlif mövzularda çıxışlar isə xüsusilə gənclər üçün maraqlı olar. İnsanlar bir araya gələr, gülüşər, gündəlik gərginliklərdən azad olar. Bu cür tədbirlər şəhərin enerjisini artırar, insanlara psixoloji rahatlıq verər.

Çox vaxt şəhərlərdə mədəniyyət tədbirləri yalnız bayram günlərinə və rəsmi tarixlərə saxlanılır. Ancaq bu, doğru yanaşma deyil. Mədəniyyət bayram deyil, həyatın özü olmalıdır. Gəncə bu baxımdan niyə örnək bir şəhər olmasın? Niyə insanlar yalnız tədbirdən-tədbirə musiqi sədaları eşitsin? Niyə hər həftə sənət, söz, musiqi, teatr onların həyatını rəngarəng etməsin?

Davamlı olaraq keçiriləcək tədbirlər şəhərin ritmini dəyişər. İnsanlar televizor qarşısından qalxar, parklarda sənətlə birgə nəfəs alar. Bu isə həm turizm üçün əlavə imkanlar, həm də ictimai birliyə töhfə yaradar. Bu təşəbbüsləri həyata keçirmək heç də böyük maliyyə tələb etmir. Sadəcə, işləri bir qədər düzgün planlaşdırmaq, bir az təşkilatçılıq və bir az da ürəkdən gələn istək kifayətdir. Yəni ideya var, maraq var, məkânlar da nə qədər desən.

Unutmayaq ki, istənilən şəhər, o cümlədən Gəncə, təkcə yaraşıqlı, lakin quru binaları ilə deyil, orada yaşayan insanların ruhu, yaratdığı mədəniyyətlə gözəlləşə bilər. Gəncə bu gün tarixini qoruyaraq, sənəti və musiqini hər gün yaşatmağa hazır olan bir şəhərdir. Gəlin bu gözəlliyi birlikdə yaradaq.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Rövşən Əmiraslanoğlu (foto)
Gəncə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see999

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see463

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see366

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see284

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see272

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see271

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see250

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see241

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see215

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see208

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see203

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see201

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see199

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see198

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see195

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see192

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see188

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see187

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see185

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri