Gəncə Dövlət Filarmoniyasinda Haci Xanməmmədova həsr olunmuş konsert baş tutub FOTO
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun mahnılarından ibarət konsert proqramı baş tutub.
Gecədə Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zəminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev bəstəkarın "Güllü", "Qurban olduğum", "Yaşa könül", "Arzuya bax, sevgilim", "Gözüm düşdü", "Gözünə qurban", "Niyə döndü", "Aldatmayaq bir-birimizi" və başqa mahnılarını ifa ediblər.
Hacı Xanməmmədova həsr olunmuş konsert proqramı Respublika və beynəlxalq müsabiqələr laureatı Bayram Üzeyirovun ifasında "Tar və orkestr üçün 3 saylı konsert I hissə" ilə yadda qalıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















