Gəncə Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda iştirak edəcək
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 fevral, AZƏRTAC
Gəncə Dövlət Milli Dram Teatrı aprelin 11-dən 26-dək keçiriləcək “5-ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb.
Teatrdan AZƏRTAC-a bildirilib ki, İtaliya, Fransa, Rumıniya, Şri-Lanka, Moldova, İordaniya, Gürcüstan, Honkonq, Türkiyə kimi teatrların yer aldığı festivala Gəncə teatrı Ə.Haqverdiyevin “Pəri cadu” tamaşası ilə qatılacaq.
Tamaşanın quruluşçu rejissoru Elşad Əhmədov, rəssamı Mirzə Mehdidir. Rollarda Əməkdar artistlər Kəmalə Məmmədova, Sevda Orucova, aktyorlar Günay Cabbarova, Sevinc Hüseynova, Murad Meyfəliyev, Emil Salmanov, Elmir Məmmədov iştirak edirlər.
Qeyd edək ki, Avrasiya Teatrlar Birliyinin Azərbaycan təmsilçisi Yusif Cəfərov festivalın “Beynəlxalq əlaqələr” şöbəsində təmsil olunur və yuxarıda adıçəkilən xarici ölkə teatrlarının hər biri onun dəvəti ilə festivalda iştirak edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 16 Fevral 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















