Icma.az
close
up
RU
Gəncə Dövlət Milli Dram Teatrında mətbuat konfransı keçirilib

Gəncə Dövlət Milli Dram Teatrında mətbuat konfransı keçirilib

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

01 iyul 2026-cı il tarixində Gəncə Dövlət Milli Dram Teatrının direktoru, Respublikanın Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevin Gəncə şəhərində fəaliyyət göstərən bir sıra media nümayəndələri ilə mətbuat konfransı keçirilib.

Görüşdə Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev media nümayəndələrinə teatrın fəaliyyəti, qarşıdakı yaradıcılıq planları və yeni layihələri eləcə də teatrın gələcək hədəflər barədə ətraflı məlumat verilib. Həmçinin mətbuat konfransında qeyd olunub ki, Gəncə Dövlət Milli Dram Teatrı Azərbaycan teatr sənətinin zəngin ənənələrini yaşatmaqla yanaşı, müasir səhnə estetikasına uyğun yeni tamaşaların hazırlanmasına, gənc yaradıcı qüvvələrin dəstəklənməsinə və repertuar siyasətinin daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirir.

Ədalət Hacıyev çıxışında teatrın 130-cu teatr mövsümdə nümayiş etdirilən tamaşalar, keçirilən festivallar, bölgələrdə təşkil olunan qastrol səfərləri, beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər, eləcə də tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Bildirilib ki, teatrın yaradıcı kollektivi klassik və müasir dramaturgiyanın ən yaxşı nümunələrini səhnələşdirməklə milli mədəni irsin təbliğinə və Azərbaycan teatr sənətinin inkişafına töhfə verməkdə davam edir.

Görüş zamanı teatr direktoru həmçinin vurğulayıb ki, teatrın əsas məqsədi yüksək bədii-estetik dəyərlərə malik səhnə əsərləri təqdim etməklə tamaşaçı zövqünün formalaşmasına töhfə vermək, milli-mənəvi dəyərlərin təbliğini gücləndirmək və Azərbaycan teatrının beynəlxalq arenada tanıdılmasına xidmət edən layihələri davam etdirməkdir.

Mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılıb, teatrın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Sonda media nümayəndələri belə görüşlərin mütəmadi olaraq gecirilməsinin vacibliyini vurğulayaraq teatr ilə media arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə, ictimaiyyətin teatrın fəaliyyəti barədə operativ və dolğun məlumatlandırılmasına, eləcə də Milli teatr sənətinin təbliğinə mühüm töhfə veriləcəyi bildirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyul 2026 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri