Icma.az
close
up
RU
Gəncə Dövlət Universitetinin təqdim etdiyi layihə qalib oldu

Gəncə Dövlət Universitetinin təqdim etdiyi layihə qalib oldu

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının təşəbbüsü və təşkilatçılığı, Təhsilin İnkişafı Fondu və “SABAH.HUB” İnnovasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Texnologiyaların transferi” proqramının nəticələri açıqlanıb. Proqramın məqsədi ali təhsil və elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən ixtiraçı, tədqiqatçı və innovatorların ideya, konsepsiya və hüquqi cəhətdən qorunan texnologiyalarını funksional həllərə və yüksək kommersiyalaşdırma potensialına malik məhsullara çevrilməsi prosesinə dəstək verməkdir. Layihə çərçivəsində ümumilikdə 76 müraciət qəbul olunub. Texniki ekspertiza mərhələsini uğurla keçən 17 layihə növbəti mərhələyə vəsiqə qazanıb. Bu mərhələdə müstəqil ekspertlərlə müsahibələr təşkil olunub və layihələr elmi əsaslandırma, texnologiyanın tətbiqi mümkünlüyü, mövcud həllərlə müqayisədə innovativliyi, sənayenin real problemlərini həll etmə qabiliyyəti və bazarda mövcud həllərlə müqayisədə üstünlükləri kimi meyarlar üzrə dəyərləndirilib.

Qiymətləndirmə nəticəsində 5 layihə qalib elan olunub. Qalib layihələrdən biri də Gəncə Dövlət Universitetinin İnnovasiyalar departamenti tərəfindən təqdim edilmiş universitet əməkdaşı Vidadi Bayramova məxsus olan “Tura qurğusu” layihəsidir.   “Texnologiyaların transferi” proqramına təqdim olunan qurğu istixanalarda, istirahət mərkəzlərində və şənlik evlərində atmosferə atılan zərərli hissəcikləri aradan qaldırır və əmələ gələn xoşagəlməz qoxunun qarşısını alır.

Qalib komandalar texnoloji həllərinin kommersiyalaşdırılması üçün zəruri dəstək və məsləhət xidmətləri ilə təmin olunacaqlar.

“Texnologiyaların transferi” proqramı yerli tədqiqatçılar və startaplar üçün innovasiyaların bazara çıxarılması istiqamətində mühüm platforma olaraq çıxış edir və ölkədə elmtutumlu iqtisadiyyatın formalaşmasına töhfə verməyi hədəfləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 İyul 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri