Icma.az
close
up
RU
Rayonlarda çay, su anbarı və kanallarda batanların sayı niyə artır? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Rayonlarda çay, su anbarı və kanallarda batanların sayı niyə artır? EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Yay fəslinin gəlişi ilə insanlar istirahət üçün dəniz sahillərinə və digər su hövzələrinə üz tutur. Xüsusilə havaların çox isti keçdiyi dövrlərdə sərinlənmək üçün suya girmək istəyi artır.
Avtosfer az xəbər verir ki, təəssüf ki, bu istək bəzən faciə ilə nəticələnir. Hər il ölkədə onlarla insanın həyatını itirdiyi boğulma halları təkrar-təkrar xəbərdarlıq edilməsinə baxmayaraq, təkrarlanır.
Ən çox boğulma hadisələri göllərdə, su anbarlarında, çaylarda, kanallarda və arxlarda baş verir. Halbuki bu ərazilər çimmək və istirahət üçün nəzərdə tutulmayıb. Doğrudur, biz əzəldən çay kənarlarını, şəlalələrin ətrafını özümüzə istirahət zonası olaraq qəbul etmişik. Xüsusən çaylar ta qədimdən çimmək vasitəsi kimi istifadə olunur. Üzgüçülük bacarığı olmayan şəxslər bəzən ehtiyatsızlıqla, bəzən də cəsarət nümayiş etdirmək üçün bu su hövzələrinə girir və nəticədə həyatlarını riskə atırlar. Təəssüf ki, hətta üzə bilən şəxslər belə gözlənilməz axınlar, dib quruluşunun qeyri-bərabərliyi, bataqlıqlar və digər təhlükələr səbəbindən boğula bilir.
Unutmaq olmaz ki, su anbarları və kanallar texniki məqsədlər üçün yaradılmış obyektlərdir. Onların dibi bərkidilməmiş, təmizlənməmiş, dərinliyi isə gözlə görünməyəcək dərəcədə təhlükəlidir. Çaylar və göllər də təbii fəlakətlər və ya iqlim dəyişikliyi səbəbindən dib strukturlarında dəyişikliklərə uğrayır və bu da qəfil batma hallarına səbəb ola bilər.


Məsələ ilə bağlı sosioloq Elçin Bayramlı saytımıza açıqlamasında bildirib ki, hər il yay aylarında boğulma hadisələri ilə bağlı nəzərəçarpan artım müşahidə edilir:
 "Bu hadisələrin bir qismi nəzarətli ərazilərdə çimərlik və digər rəsmi su obyektlərində baş versə də, çox vaxt çaylarda, göllərdə və digər nəzarətsiz yerlərdə də belə faciələrlə qarşılaşırıq. Bunun müxtəlif səbəbləri var. Bəzən yaxşı üzə bilən şəxslər, hətta professional üzgüçülər belə boğulma təhlükəsi ilə üz-üzə qalırlar. Bu, yalnız bacarıqla deyil, həm də gözlənilməz hallarla əlaqəlidir. Məsələn, dənizdə dalğalı hava şəraiti çox təhlükəlidir. Bəzi ərazilərdə suyun altında “geriyə axın” adlı coğrafi hadisə baş verir. Dalğalar sahilə çırpıldıqdan sonra su dənizə geri çəkilərkən müəyyən bir axın yaradır və bu axın insanı özünə çəkərək dənizin içərilərinə aparır. Bu proses ani şəkildə baş verdiyindən insan heç nə başa düşmədən boğula bilər".
Sosioloq qeyd edib ki, bəzən suda qıcolma, ürək tutması kimi qəfil problemlər baş verir. İnsan panikaya düşür, özünü itirir, boyunu aşan dərinlikdə olduğu üçün dayaq da tapa bilmir və nəticədə, faciə yaşanır.
"Suyun altında nə olduğunu bilmədən suya girmək də təhlükəlidir. Ayaq daşların arasına ilişə bilər və ya suyun dibi bataqlıq, ağac qırıntıları və digər maneələrlə dolu ola bilər. Bu kimi hallarda insan hərəkət edə bilmir və boğulma riski artır. Ən doğru qərar, dalğalı dənizdə ümumiyyətlə çimməməkdir. Dərin göllərə və sürətli axan çaylara girmək isə xüsusilə təhlükəlidir. Belə yerlərdə su axını insanı sürətlə aparır və güc çatmadığı üçün qurtulmaq mümkün olmur. Kanallarda da oxşar problemlər var. Bəzən insanlar suyun axını ilə kollektorun ağzına düşür, orada axına müqavimət göstərə bilməyərək həyatını itirir. Belə vəziyyətlərdə ehtiyatlı olmaqdan başqa çıxış yolu yoxdur".


Elçin Bayramlı vurğulayıb ki, hər yerə xilasetmə qrupları, qayıqlar və nəzarətçilər yerləşdirmək mümkün deyil. Milyonlarla insan yayda dənizlərə, göllərə, çaylara üz tutur. Bu qədər geniş sahəyə nəzarət etmək qeyri-mümkündür. Bu səbəbdən insanlar özləri məsuliyyətli davranmalıdırlar.
"Ən azı sinədən yuxarı dərinliyə keçmək məsləhət görülmür. Dənizə getmək istirahət məqsədi daşımalıdır, risk üçün yox. Təəssüf ki, bəzi insanlar təhlükə xəbərdarlıqlarına məhəl qoymur, qadağa işarələri ilə çəkilmiş zonaları keçərək nəzarətsiz yerlərə üz tuturlar. Nəticədə, nəzarətçilər onları meqafonla xəbərdar edir, qayq və katerlə yaxınlaşaraq geri qaytarırlar. Bu hallar çox təhlükəlidir və qarşısı alınmalıdır. Eyni zamanda, imkan daxilində nəzarət artırılmalı, insanların kütləvi toplaşdığı çimərliklərdə təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Ən önəmlisi, azyaşlı uşaqlar heç bir halda nəzarətsiz buraxılmamalıdır. Təəssüf ki, bəzi valideynlər çimərliklərdə uşaqlarla birlikdə olsalar da, diqqətsiz davranır, başları qarışdığı anda uşaq gözlənilmədən suya düşə və bataraq həyatını itirə bilər".
Sosioloq məsələnin təkcə ehtiyatsızlıq olmadığını deyib:
"Yəni, burada məsələ təkcə ehtiyatsızlıq deyil, həm də məsuliyyətsizlik, diqqətsizlik və təhlükəni düzgün qiymətləndirməməkdir. Bəzən boğulma ürək tutması, qıcolma kimi qəfil tibbi səbəblərlə də baş verə bilər. İnsanlar çimərkən bir-birinə yaxın olmalıdırlar. Çünki boğulma anında kimsə uzaqda olsa, kömək üçün yetmək gec ola bilər. Yaxınlıqda olan bir insanın köməyi isə həyatı xilas edə bilər. Mən özüm də müxtəlif çimərliklərdə olmuşam. Orada FHN-in xilasetmə xidmətinin əməkdaşları fasiləsiz olaraq sahilə nəzarət edir, meqafonla təlimatlar verir, təhlükəli ərazilərə keçən insanları geri qaytarır, qayıq və katerlə müdaxilə edirlər. Bu əməliyyatlar sayəsində yüzlərlə insanın həyatı xilas edilib. Amma bütün bu səylərə baxmayaraq, bəzi şəxslər yenə də qaydalara əməl etmir, təhlükəli hərəkətlər edirlər. Burada əsas məsuliyyət fərdlərin öz üzərinə düşür. Yaxşı üzə bilməyənlər riskli ərazilərdən uzaq durmalı, sahilə yaxın yerlərdə qalmalıdırlar". 
Bu qədər fərqli şərtlərə nəzarət etməyin çətin olduğunu deyən sosioloq hər kəsi məsuliyyətli olmağa çağırır.
"Xüsusən də valideynlər uşaqlara qarşı daha ciddi nəzarət tətbiq etməlidir. Əks halda, belə faciələrin qarşısını almaq çətin olacaq. Çünki bu təkcə bizim ölkəmizdə deyil, dünyanın bir çox yerində yaşanan problemdir. Amma çox təəssüf ki, bizdə bu kimi halların sayı az deyil. Nəticədə hər il yenidən eyni faciələrlə üz-üzə qalırıq". 


Ekoloq Sadiq Həsənovun fikrincə, dənizin müəyyən ərazilərində baş verən yeraltı burulğanlar və suyun içindəki hərəkətliliklə bağlıdır. 
"Bu texniki və geofiziki proseslərlə əlaqəlidir. Dənizin içində su axınları bəzi yerlərdə dəyişkən və sürətli olur ki, bu da insanı ani şəkildə öz içinə çəkə bilər. Təəssüf ki, bir çox insan bu təbii risklərdən xəbərsiz şəkildə, heç bir ön hazırlıq olmadan, üzə bilib-bilmədiyini belə nəzərə almadan suya daxil olur. Məhz bu cür məsuliyyətsiz davranışlar illərdir boğulma hallarına səbəb olur".
Ekoloq qeyd edib ki, əgər bu sadəcə ekoloji bir problem olsaydı, məsələyə fərqli yanaşmaq mümkün olardı. 
"Amma burada həm texniki, həm də insan amili böyük rol oynayır. Odur ki, maarifləndirmə və fərdi məsuliyyət vacib rol oynayır”.

Regional Su Meliorasiya Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, bəzi vətəndaşların su kanallarından çimərlik kimi istifadəsi təəssüf doğurur:
“Bu da faciəvi nəticələrə səbəb ola bilir. Həmçinin ehtiyatsızlıqdan da kanallara düşmə halları qeydə alınır.
Regional Su Meliorasiya Xidməti olaraq daim çağırışlar edirik ki, xidmətin balansında olan su obyektləri – xüsusən su anbarları və irriqasiya kanalları insanların istirahəti və ya çimərliyi üçün nəzərdə tutulmayıb. Bu obyektlərdə suyun axın sürəti və səviyyəsi qəfil dəyişə, dibdə gözə görünməyən burulğanlar və sürüşkənlik yarana bilər. Bu cür təhlükəli hallar insan həyatı üçün ciddi risk yaradır.
Boğulma hallarının qarşısının alınması üçün ilk növbədə vətəndaşların məsuliyyətli davranması, rəsmi şəkildə təsdiqlənmiş çimərliklərdən istifadə etməsi vacibdir. Su obyektlərinə yaxın yaşayan insanlara, xüsusilə də azyaşlılara nəzarət artırılmalı, valideynlər bu məsələni daim diqqətdə saxlamalıdırlar.
Xidmət tərəfindən bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq məlumatlar verilir. Vətəndaşlara bir daha xatırladırıq ki, su anbarları və kanallarda çimmək həyat üçün ciddi təhlükə mənbəyidir”.


Fidan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 08 İyul 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see288

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see247

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see229

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see129

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see121

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see120

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri