Gəncəbasar ın baş məşqçisi: Qapımızda qol görəndən sonra geridönüş etmək asan deyildi
Icma.az, Fanat portalına istinadən məlumat verir.
1-ci Liqanın 2-ci turunda "Xankəndi"ni qəbul edən "Gəncəbasar" 2:1 hesablı qələbə qazandı. Gəncə təmsilçisinin baş məşqçisi Elhad Nəziri ilə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Rəqibin "Səbail"lə oyununa baxmışdıq. Əlbəttə ki, "Xankəndi"ni analiz etmişdik. Matçın ağır keçəcəyini bilirdik. Heyətində təcrübəli futbolçular cəmləşmiş komandaya qarşı oynadıq. Rəqibin xüsusi oyun planını müəyyənləşdirmişdik və bunun qarşısını almalı olduğumuzun fərqindəydik. Futbolçularıma da demişdim ki, bu oyunda səhv etməsək, "Xankəndi"ni məğlubiyyətə uğratmaq şansımız çox olacaq. İlk ev oyunumuz idi. Müəyyən təzyiq var idi.
Futbolçularımı təbrik edirəm, xarakter göstərdilər. Qapımızda qol görəndən sonra geridönüş etmək asan deyildi. Bizi dəstəklədikləri üçün azarkeşlərimizə minnətdarıq. Diqqətimizi qarşıdakı matçlara yönəldəcəyik".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 11 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















