Gəncədə Əziz Əliyevin 130 illiyinə həsr olunan konfrans keçirilib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncədə görkəmli dövlət və elm xadimi, tanınmış həkim Əziz Əliyevin anadan olmasının 130 illiyi münasibətilə elmi-praktiki konfrans təşkil olunub.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən tədbir Gəncə Şəhər İcra Hakimiyyəti və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda Əziz Əliyevin xatirəsi ehtiramla yad edilib, onun Azərbaycan səhiyyəsinin və tibb təhsilinin inkişafındakı rolu diqqətə çatdırılıb.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında Əziz Əliyevin səhiyyə sisteminin formalaşması, peşəkar tibbi kadrların hazırlanması istiqamətindəki xidmətlərini önə çəkib.
İnstitutun rektoru, professor Nazim Pənahov isə bildirib ki, Əziz Əliyevin elmi və təşkilatçılıq irsi bu gün də aktuallığını saxlayır. Onun əsasını qoyduğu ənənələr həkimlərin ixtisasartırma və peşəkar hazırlıq prosesində davam etdirilir.
Konfransda təqdim olunan elmi məruzələrdə Əziz Əliyevin dövlətçilik fəaliyyəti, tibb elminə verdiyi töhfələr və elmi-pedaqoji irsi təhlil edilib.
Tədbirdə görkəmli alimin irsinin araşdırılması və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 02 Noyabr 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















