Gəncədə fərdi yaşayış evində yanğın oldu
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
Gəncədə fərdi yaşayış evində yanğın baş verib, bir nəfər tüstüdən zəhərlənib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xəqani küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 120 kvadratmetr olan evin 15 kvadratmetrlik mətbəxində yanğın başlayıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Yanğın qısa müddətdə ətrafa yayılmasına imkan verilmədən söndürülüb. Nəticədə mətbəxdəki mebel, "Lotus" markalı aspirator, qaz sobası və "LG" markalı paltaryuyan maşın yanıb.
Yanğın zamanı ev sahibinin 2009-cu il təvəllüdlü nəvəsi A. Əsədova tüstüdən zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 21 Noyabr 2026 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















