Gəncədə güclü küləyin törətdiyi FƏSADLAR FOTO
Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün səhər saatlarında Gəncə şəhərində əsən güclü külək nəticəsində 6 iri gövdəli ağac aşıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, aşan ağaclardan biri qaz xəttini zədələyib.
Hadisə baş verən ərazidə qaz təchizatı müvəqqəti dayandırılıb. Digər ağac isə müvəqqəti olaraq yolun bağlanmasına və bir işıq dirəyinin zədələnməsinə səbəb olub.
Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsi tərəfindən aşan ağacların doğranaraq ərazidən daşınması təmin edilib.
Hazırda Gəncə şəhərində küləyin sürəti zəifləyib, hava şəraiti sabitdir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Güclü küləyin Göyçayda törətdiyi FƏSADLAR FOTO
14 Dekabr 2024 10:44
Güclü küləyin paytaxtda törətdiyi FƏSADLAR
21 Fevral 2025 11:50
Güclü küləyin İsmayıllıda törətdiyi FƏSADLAR VİDEO
18 Dekabr 2024 16:29
Şəkidə güclü küləyin yaratdığı fəsadlar aradan qaldırılıb
14 İyun 2025 19:05
Zaqatalada güclü külək fəsadlar törədib FOTO
05 Noyabr 2024 20:15

