Gəncədə möhtəşəm musiqi festivalı FOTOLAR
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gəncə Dövlət Filarmoniyasında XV Beynəlxalq İpək Yolu Musiqi Festivalının təntənəli bağlanış mərasimi keçirilib.
Modern.az xəbər verir ki, konsert proqramında Dövlət Filarmoniyasının solistləri, rəqs ansamblı, Türkiyənin Trabzon Böyükşəhər Bələdiyyəsinin Xalq rəqsləri ansamblı, eləcə də Qırğızıstanın “Seytek” Milli Uşaq və Gənclər Mərkəzinin “Ak-Niyyət” Xalq Xoreoqrafiya Ansamblı, Qaqauz mügənnisi Natali Deniz çıxış ediblər.
Gecədə Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və milli rəqslərdən ibarət rəngarəng proqram Estrada ansamblı (bədii rəhbəri Şəhriyar Tağıyev), rəqs kollektivi (baletmeysteri Sənan Cavadov) iştirakı ilə təqdim olunub.
Tədbirin sonunda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) sədr müavini Sait Yusuf tərəfindən festival iştirakçılarına və Gəncə Icra Hakimiyyətinin başçısı Niyazi Bayramova təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 05 İyul 2026 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















