Icma.az
close
up
RU
Gəncədə “Polşa Azərbaycanlı rəssamların gözü ilə” adlı yaradıcılıq vorkşop və sərgi keçirilib FOTO

Gəncədə “Polşa Azərbaycanlı rəssamların gözü ilə” adlı yaradıcılıq vorkşop və sərgi keçirilib FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Gəncədə Polşanın Azərbaycandakı Səfirliyi, Arts Council Azerbaijan QHT-si və Gəncə Mall -un birgə əməkdaşlığı ilə "Polşa  Azərbaycanlı rəssamların gözü ilə" adlı yaradıcılıq vorkşop və sərgi keçirilib. Tədbir Polşa və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edərək Bakı və Gəncədən olan rəssamları vahid yaradıcılıq mühitində bir araya gətirib.

Yaradıcılıq vorkşopu live show (canlı) formatında davam edib. Rəssamların iş prosesinin ictimaiyyət üçün açıq şəkildə nümayiş olunması qonaqlara yaradıcılıq prosesini müşahidə etmək, rəssamlara yaxınlaşaraq suallar vermək və onlarla ünsiyyət qurmaq imkanı yaradıb. Bu isə tədbirə xüsusi dinamika və interaktivlik bəxş edib.
Vorkşopun sonunda qonaqlar nümayiş edilən əsərlərlə tanış olub, rəssamlarla söhbət edərək beynəlxalq mədəni layihələrin regionların və yaradıcı gəncliyin inkişafında mühüm rol oynadığını qeyd ediblər.
Vorkşopdan sonra sərginin açılışı baş tutub. Ekspozisiyada Bakıdan olan rəssamların: Leylifər Museyibova, Nigar Müslimova, Oksana Kazımova, Ülviyyə Xeyrullazadə  və həmçinin Gəncənin istedadlı gənc rəssamlarının: Nəzrin Ələsgərli, Fatimə Abbaslı, Firəngiz İsayeva, Banu Abbaslı, Nərgiz Nəsirova, Nəzrin Cəfərova, Ülkar Axundzadə və Nurtac Allahverdiyeva  əsərləri təqdim olunub.

Polşanın Fövqəladə və Səlahiyyətli Səfiri Pavel Radomski açılış mərasimində çıxış edərək Polşa mədəniyyətinin Gəncədə təqdim olunmasından məmnunluğunu ifadə edib, layihədə iştirak edən rəssamların xüsusilə də gənc rəssamların yüksək istedad və peşəkarlığını qeyd edib. Səfir Polşa-Azərbaycan mədəni əməkdaşlığının inkişafının vacibliyini vurğulayaraq, göstərilən tərəfdaşlıq və dəstəyə görə təşəkkür edib, rəssamlara uğurlar və yeni ilham mənbələri arzulayıb.

Arts Council Azerbaijan rəhbəri Dadaş Məmmədov rəssamları layihənin uğurla başa çatması münasibətilə təbrik edib, Polşa Səfirliyinə uzunmüddətli əməkdaşlıq və dəstəyə görə minnətdarlığını bildirib. O, layihə kuratoru Raul Sadıgova yaradıcı proses üçün əlverişli şərait yaratdıqları üçün təşəkkür edib və Gəncə gənclərinin layihədə iştirakı ilə onların peşəkar inkişafı üçün mühüm addım atıldığını qeyd edib. Dadaş Məmmədov Gəncənin zəngin mədəni potensiala malik olduğunu, bu kimi layihələrin isə gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

"Polşa Azərbaycanlı rəssamların gözü ilə" sərgisi Gəncə Mall -da fəaliyyətini davam etdirərək ziyarətçilərə Azərbaycan rəssamlarının Polşa mədəniyyətinə və onun vizual obrazlarına müasir baxışı ilə tanış olmaq imkanı təqdim edir.

Arts Council Azerbaijan-ın vorkşop və sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə marağını artırmaq, azərbaycanlı rəssamların yaradıcılığını geniş auditoriyaya çatdırmaqdır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see213

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see138

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see132

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see132

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri