Gəncədə qanunsuz tikililər söküldü FOTOLAR
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır.
Gununsesi.info xəbər verir ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Monitorinqlər zamanı, şəhərin Məhsəti qəsəbəsində, Gülüstan yaşayış massivində yerləşən Tofiq Bağırov küçəsində və şəhərin digər hissələrində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyr-yaşayış sahəsi aşkarlanaraq söküntüsü təmin edilib.
Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
Baxış sayı:133
Bu xəbər 15 Noyabr 2024 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















