Icma.az
close
up
RU
Gəncədə geniş tərkibli elmi konfrans

Gəncədə geniş tərkibli elmi konfrans

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə Azərbaycan elminin görkəmli nümayəndəsi, akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş Respublika Elmi Konfransı keçirilib. AMEA-nın Gəncə Bölməsində təşkil olunan tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyəti, AMEA-nın Gəncə Bölməsi və Elm və Təhsil Nazirliyinin Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları və qonaqları salamlayaraq, konfransın elmi və ictimai əhəmiyyətini vurğulayıb. O bildirib ki, forum ölkə Prezidenti cənab İlham Əliyevin akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq təşkil olunub və böyük alimin elmi irsinin təbliğinə mühüm töhfə verir.

Akademik həmçinin qeyd edib ki, görkəmli kimyaçı alimlər Yusif Məmmədəliyev, Əli Quliyev və onların elmi məktəbləri bu gün də Azərbaycan elminə xidmət etməkdə davam edir, ölkənin ekoloji və sənaye sahəsindəki çağırışlarına elmi baxışla cavab verir.

Konfransın aparıcısı, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktoru, kimya üzrə fəlsəfə doktoru, dosent Mahirə Şərifova tədbirin proqramı, elmi bölmələrin istiqamətləri və ümumi iş prinsipi haqqında iştirakçılara ətraflı məlumat verib.

Plenar iclasda ölkənin tanınmış elmi müəssisələrindən dəvət olunmuş alimlər – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun professoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının Elm və Təhsil Xadimi Valeh Cəfərov, Gəncə Dövlət Universitetinin Ekologiya və təbiətin mühafizəsi kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Sevda Əhmədova, həmin universitetin Kimya-biologiya fakültəsinin dekanı, professor İsfəndiyar Alverdiyev, Bioresurslar İnstitutunun direktoru, dosent İmran Qasımov, Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, Aşqarlar Kimyası İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Xuraman Əfəndiyeva və digər tədqiqatçılar məruzələrlə çıxış ediblər.

Çıxışlarda ekoloji problemlər, sənaye tullantılarının təkrar emalı, müasir təmizləmə texnologiyaları, kimya və biologiyanın kəsişməsində aparılan tədqiqatların nəticələri, alternativ və bioenerji mənbələrinin əhəmiyyəti kimi aktual məsələlər ətraflı şəkildə müzakirə olunub.

Bölmə iclaslarında təqdim edilən məruzələrdə həm nəzəri, həm də tətbiqi xarakter daşıyan nəticələr, innovativ yanaşmalar və ekoloji təhlil üsulları diqqət mərkəzində olub.

Konfransın sonunda məruzəçilərə sertifikatlar təqdim olunub, ətraf mühitin qorunmasına yönəlmiş elmi töhfələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Gəncədə keçirilmiş bu konfrans, həm akademik Yusif Məmmədəliyevin zəngin elmi irsinin təbliği, həm də müasir dövrün ekoloji çağırışlarına cavab verəcək elmi baxışların paylaşılması baxımından olduqca əhəmiyyətli bir platforma oldu. Alimlərin geniş müzakirələri və fikir mübadiləsi bir daha sübut etdi ki, Azərbaycanın elmi potensialı bu sahədə mövcud problemlərin həllində mühüm rol oynamağa qadirdir.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see448

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see318

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see295

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see267

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see239

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see237

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see237

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see233

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see230

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see217

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see209

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see202

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see202

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see201

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see199

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see192

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see192

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see192

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see190

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri