Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Gəncədə şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir VİDEO, FOTOLAR

Gəncədə şəhid ailələrinə böyük diqqət və qayğı göstərilir VİDEO, FOTOLAR

Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

8 noyabr ölkəmizdə Zəfər bayramıdır. Bаşlаnmаsı ilə qurtаrmаsının müddəti 44 gün çəkən ikinci Qаrаbаğ mühаribəsindəki zəfərimiz şəhidlərimizin və qаzilərimizin tökülən qаnı, Vətən uğrundа öz vətəndаşlıq bоrclаrını yerinə yetirən qəhrəmаn оğullаrımızın аdı ilə bаğlıdır.

Bəli, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə  qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə...

Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.

Xalq şairi Bəxtiyar Vahabzadə vəsf etdiyi kimi:

Düşmən gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər!

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən göylərinə çəkdi şəhidlər.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnət-darlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu  yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Gəncədə də hər zaman əziz tutulur. 

Şəhidlərimizə, onların ailə üzvlərinə, müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı Gəncədə yüksək səviyyədədir. Ona görə ki, hər zaman qürur duyduğumuz şəhidlər xalqımızın and yeri, şəhid anaları başımızın tacıdır. Vətən müharibəsi şəhidləri hər an, hər dəqiqə ehtiramla xatırlandığı kimi, şəhid  ailəsinin üzvləri də  dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür.

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, qəhrəmanlıqlarının təbliğınə böyük önəm verilir, vətənpərvər övladlar yetişdirən şəhid ailələri həmişə şəhər rəhbərliyinin diqqət mərkəzində dayanır.

Gəncə şəhər İcra Hakimiyyətində təşkil olunan bütün tədbirlərdə  Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilir, ilk olaraq şəhid valideynlərinə xitab olunur, şəhid ailələrinin ehtiyacları ilk növbədə qarşılanır.

Cənab Prezidentin tapşırığı ilə mütəmadi olaraq Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur.

Bu kadr Gəncə şəhər İcra Hakimiyyətinin  tədbirlərini işıqlandıran peşəkar  bir fotoqraf  və  ya  çəkiliş qrupu  tərəfindən yox, həmin tədbirlərin birində  sadə vətəndaş tərəfindən çəkilmiş və sosial şəbəkələrdə yayılmışdır.

Bu kadr Gəncə şəhər icra başçısının şəhid anası qarşısında baş əydiyi, alnından öpdüyü  anı əbədiləşdirən sıradan bir şəkil deyil, icra başçısı-vətəndaş münasibətlərinin səmimiliyini əks etdirən bir görüntüdür. Alından öpmək qayğıkeşliyin, doğmalığın, xeyirxahlığın əlaməti, qarşı tərəfə həmişə dayaq olacağının ifadəsidir. Bu həm də başımızı uca edənlərin başımız üstə yeri olduğunun tablosudur.

Elçin Cavadov,

Gəncə Dövlət Universitetinin kafedra müdiri,
texnika elmləri doktoru

Mia.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://mia.az
archiveBu xəbər 08 Noyabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri