Icma.az
close
up
RU
Gəncədə çəhid ailələrinə böyük diqqət və qayğı göstərilir FOTO/VİDEO

Gəncədə çəhid ailələrinə böyük diqqət və qayğı göstərilir FOTO/VİDEO

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

8 noyabr ölkəmizdə Zəfər bayramıdır. Bаşlаnmаsı ilə qurtаrmаsının müddəti 44 gün çəkən ikinci Qаrаbаğ mühаribəsindəki zəfərimiz şəhidlərimizin və qаzilərimizin tökülən qаnı, Vətən uğrundа öz vətəndаşlıq bоrclаrını yerinə yetirən qəhrəmаn оğullаrımızın аdı ilə bаğlıdır.

Bəli, bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə  qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə...

Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Xalq şairi Bəxtiyar Vahabzadə vəsf etdiyi kimi:

Düşmən gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər!

Üçrəngli bayrağı öz qanlarıyla,

Vətən göylərinə çəkdi şəhidlər.

İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnət¬darlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.

Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu  yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur.

Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. 

Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğullarımızın xatirəsi Gəncədə də hər zaman əziz tutulur. 

Şəhidlərimizə, onların ailə üzvlərinə, müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı Gəncədə yüksək səviyyədədir. Ona görə ki, hər zaman qürur duyduğumuz şəhidlər xalqımızın and yeri, şəhid anaları başımızın tacıdır. Vətən müharibəsi şəhidləri hər an, hər dəqiqə ehtiramla xatırlandığı kimi, şəhid  ailəsinin üzvləri də  dövlətimiz tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Mütəmadi olaraq şəhid və qazi ailələri ziyarət edilir, şəhidlərin anım və doğum günləri ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə lazımi tədbirlər görülür. Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə, qəhrəmanlıqlarının təbliğınə böyük önəm verilir, vətənpərvər övladlar yetişdirən şəhid ailələri həmişə şəhər rəhbərliyinin diqqət mərkəzində dayanır. Gəncə şəhər İcra Hakimiyyətində təşkil olunan bütün tədbirlərdə  Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi yad edilir, ilk olaraq şəhid valideynlərinə xitab olunur, şəhid ailələrinin ehtiyacları ilk növbədə qarşılanır.

Cənab Prezidentin tapşırığı ilə mütəmadi olaraq Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlər keçirilir, onların məişət problemləri dövlət xətti ilə həll olunur.

Bu kadr Gəncə şəhər İcra Hakimiyyətinin  tədbirlərini işıqlandıran peşəkar  bir fotoqraf  və  ya  çəkiliş qrupu  tərəfindən yox, həmin tədbirlərin birində  sadə vətəndaş tərəfindən çəkilmiş və sosial şəbəkələrdə yayılmışdır.

Bu kadr Gəncə şəhər icra başçısının şəhid anası qarşısında baş əydiyi, alnından öpdüyü  anı əbədiləşdirən sıradan bir şəkil deyil, icra başçısı-vətəndaş münasibətlərinin səmimiliyini əks etdirən bir görüntüdür. Alından öpmək qayğıkeşliyin, doğmalığın, xeyirxahlığın əlaməti, qarşı tərəfə həmişə dayaq olacağının ifadəsidir. Bu həm də başımızı uca edənlərin başımız üstə yeri olduğunun tablosudur.

Elçin Cavadov,

Gəncə Dövlət Universitetinin kafedra müdiri,

texnika elmləri doktoru                   

    
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://moderator.az
archiveBu xəbər 08 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri