Gəncədə tibb bacısını maşın vurub
Icma.az, Operativmedia portalına istinadən məlumat yayır.
Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər sakini 1969-cu il təvəllüdlü R. Quliyeva yolu qarşı tərəfə keçmək istəyən zaman “Hyundai” markalı minik avtomobili onu vurub. Ağır kəllə beyin travması alan 55 yaşlı qadın xəstəxanaya çatdırılsa da, orada ölüb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, R. Quliyeva Gəncə şəhər Birləşmiş xəstəxanasının tabeliyində fəaliyyət göstərən 2 saylı uşaq xəstəxanasının tibb bacısı olub.
Faktla bağlı araşdırma aparılır.

