Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gəncəyə 8 oktyabr hücumu

Gəncəyə 8 oktyabr hücumu

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ötən əsrin səksəninci illərinin sonlarından - doxsanıncı illərinin əvvəllərindən Ermənistanın xarici havadarlarının dəstəyi ilə respublikamıza qarşı işğalçılıq siyasəti həyata keçirməsinin fəsadları çox ağır olub. Humanitar böhran yaşamışıq, bir sıra faciələrlə üzləşmişik.

Qan yaddaşımıza yazılan faciələrimizdən biri də tarixin bu günündə - 2020-ci il oktyabrın 8-də baş verib. Söhbət həmin gün cəbhə xəttindən xeyli uzaqda yerləşən Gəncə şəhərinin Ermənistan tərəfindən növbəti dəfə raket atəşinə tutulmasından gedir. Həmin dəhşətli hadisədən artıq 5 il ötür.

Ermənistan ordusunun bitib-tükənməyən müharibə cinayətləri

Ermənilər havadarlarının hərtərəfli dəstəyi ilə apardıqları Birinci Qarabağ müharibəsində qazandıqları nisbi üstünlüklərə istinad etməklə özləri barədə “döyüşkən xalq” mifi düzəltmişdilər. Onlar eyforiyaya uyaraq hətta “yeni ərazilər uğrunda yeni müharibə” ritorikaları da səsləndirirdilər. Lakin işğalçılıq siyasətinin lap əvvəlindən ermənilərin əl atdıqları çoxsaylı müharibə cinayətləri onların xisləti, necə “döyüşkən xalq” olduqları barədə konkret təsəvvür yaradır. Müharibə aparmağın da öz qaydaları var. Müharibə zamanı tərəflər mütləq qaydada beynəlxalq konvensiyalarla təsbit olunan prinsiplərə, humanitar normalara əməl etməlidirlər. Ancaq xaricdəki havadarlarının dəstəyindən ilhamlanan Ermənistan lap əvvəldən beynəlxalq konvensiyalara məhəl qoymayıb və otuz il ərzində sayı-hesabı bilinməyən müharibə cinayətləri törədib. Əvvəla, Ermənistanın başladığı müharibə ədalətsiz müharibə idi. Ermənilər bu müharibəni “dənizdən-dənizə Ermənistan” xülyasına uyaraq başlamışdılar. Məqsəd də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini və oraya bitişik əraziləri zəbt edərək Ermənistana birləşdirmək idi.

E?mənilər öz mənfur niyyətlərini həyata keçirməkdən ötrü ən çirkin vasitələrə əl atmaqdan belə çəkinməyiblər. Bu ölkənin keçmiş rəhbərliyi səviyyəsində Xocalı faciəsinin məqsədli şəkildə törədildiyi etiraf olunub. Bu, faşizmdir, insanlıqdan uzaq bir davranışdır. Və yaxud işğal illərində azərbaycanlılara aid olan ibadət ocaqlarına mal-heyvan bağlanılmasının, qəbiristanlıqların təhqir edilməsinin, hətta burada soyğunçuluq əməllərinə əl atılmasının hansı izahı var? Ermənistan işğal dövründə xarici ölkələrdən Qarabağa erməniləri köçürərək burada qanunsuz məskunlaşdırma həyata keçirib ki, bu da beynəlxalq konvensiyalara görə çox ağır müharibə cinayəti sayılır. İşğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin göstərişləri əsasında ərazilərimizin minalanması digər bir dəhşətli müharibə cinayətidir. Bu kimi insanlıqla bir araya sığmayan bəd əməlləri ancaq nifrətdən güc alan bədxah toplum özünə rəva görə bilər....

“Qəhrəman erməni xalqı” mifinin tabutuna son mismar isə şanlı Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində vuruldu. Vətən müharibəsinin hər günündə Müzəffər Azərbaycan Ordusu irəliləyir, yeni-yeni əraziləri işğaldan azad edirdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyət acısı yaşayan Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti isə çıxış yolunu postları, silah-sursatı atıb qaçmaqda, fərarilik etməkdə  və bir də dincə əhaliyə, keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi raket atəşinə tutmaqda görürdü ki, bu da çarəsizliyin açıq-aşkar göstəricisi idi...

5 dəfə dağıdıcı raket atəşinə tutulan Gəncə

İkinci Qarabağ müharibəsinin ilk günlərindən ağır zərbələr alan Ermənistan silahlı qüvvələri 2020-ci il oktyabrın 8-də Gəncəni qadağan olunmuş silahlardan raket atəşinə tutmaqla növbəti müharibə cinayətinə əl atdı. Nəticədə, insan itkisi və yaralılananlar olmasa da, şəhərin infrastrukturuna ciddi ziyan dəydi.

Ümumiyyətlə, İkinci Qarabağ müharibəsi günlərində cəbhə xəttindən uzaqda yerləşən Gəncə düşmənin intensiv atəş nöqtəsinə çevrilmişdi. Halbuki bu şəhərin bombalanması hərbi baxımdan heç bir önəm kəsb etmirdi.

Müharibə günlərində Gəncə ilk dəfə oktyabrın 4-də raket atəşinə məruz qalıb. Nəticədə  1 mülki şəxs həyatını itirib, 30-dan çox mülki şəxs isə yaralanıb. Ertəsi gün - oktyabrın 5-də şəhərə yenidən dağıdıcı raket atılıb.  Bu hücüm nəticəsində 3 nəfər Gəncə sakini yaralanıb. İtkisiz ötüşən 8 oktyabr hadisələrindən sonra Nizami yurdu oktyabrın 11-də yenidən Ermənistan ordusunun müharibə cinayətinin ünvanına çevrilib. Təəssüf ki, bu dəfə itkilərimiz çox olub - 10 mülki şəxs həyatını itirib, 40-dan çox insan yaralanıb. Vətən müharibəsi günlərində Gəncə mənfur düşməndən 5-ci raket zərbəsini oktyabrın 17-də alıb. Bu xain hücum 16 nəfərin həyatına son qoyub, 55 mülki şəxs isə  yaralanıb.

Bütövlükdə, Ermənistan silahlı qüvvələrinin ağır müharibə cinayətlərinin miqyası çox böyükdür. Verilən məlumatlara görə, İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

İzlər Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə gedir...

Məlum olduğu kimi, hazırda Bakıda zamanında Azərbaycana qarşı dövləti cinayətlər törətməkdə ittiham olunan Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam etdirilir. Oktyabrın 6-da baş tutan iclasda 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlər elan edilib. Sənədlərdən bir daha aydın olur ki, Ermənistan silahlı qüvvələri Gəncə şəhərinə raket zərbələrini atəşkəs rejimini və beynəlxalq hüquq normalarını,  o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq endirib. Hərbi hədəf olmayan mülki obyektlər, həmçinin mülki əhaliyə 9K58 “Smerç” (BM-30) və 9K72 “Elbrus” tipli raketlərlə zərbələr endiriblər. Bu tip raketlər keçmiş SSRİ-nin, habelə MDB dövlətlərinin silahlı qüvvələri üçün strateji vasitə olan əməliyyat-taktiki silah sistemlərinə aid olduğundan, tətbiq hüququ müvafiq dövlətin başçısına, habelə onun razılığı ilə müdafiə nazirinə məxsusdur. Beləliklə, Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən verildiyi məhkəmədə növbəti dəfə təsdiqini tapır.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 Oktyabr 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri