Icma.az
close
up
RU
Gənclər arasında stress, panik atak və depressiya niyə artır? Psixoloq danışdı

Gənclər arasında stress, panik atak və depressiya niyə artır? Psixoloq danışdı

Azxeber.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gənclər arasında psixoloji problemlər getdikcə yayılır. Gənclər arasında ən çox stress, panik atak və depressiya halları artır. 

Ekspertlər xəbərdarlıq edir ki, vaxtında müdaxilə edilməzsə, bu hallar gənclərin həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. 

Psixoloq-konsultant Zeynəb Əyyubova AZXEBER.COM-a deyib ki, gənclər arasında stress, panik atak və depressiyanın yayılması psixoloqlar və mütəxəssislər üçün ciddi narahatlıq doğurur:

"Bu tendensiyanın bir neçə əsas səbəbi var. Birincisi sosial və akademik təzyiqlərdir. Gənclər həm təhsil, həm də karyera planları ilə bağlı yüksək gözləntilərlə üz-üzədirlər. Bu təzyiqlər onların psixoloji gərginliyini artırır. 

Eyni zamanda informasiya yükü və sosial şəbəkələr də bura daxildir.  Sosial mediada davamlı müqayisələr, ideal həyat obrazlarının təqdim olunması və informasiyanın həddindən artıq çoxluğu özünüqiymətləndirməni azaldır, narahatlıq və panik hisslərini gücləndirir. Ailə və sosial dəstəyin zəifləməsi də sözügedən problemləri formalaşdırır. Ailələrdə emosional ünsiyyətin zəifləməsi, yaxın dost münasibətlərinin azalması gənclərin özünü tənha hiss etməsinə səbəb olur”.

Ekspert bildirib ki, maddi və gələcəyə dair qeyri-müəyyənlik də əsas səbəblərdəndir:

"İşsizlik, iqtisadi çətinliklər və gələcəkdəki sabitliyə inamsızlıq depressiv əhval-ruhiyyəni dərinləşdirir. Həmçinin psixoloji maarifləndirmənin azlığı da bu faktorlara daxildir. Gənclər hələ də stressin, panik atakın və depressiyanın nə olduğunu, bununla necə mübarizə aparmağı tam bilmir, bu da vəziyyəti ağırlaşdırır”.

Psixoloq vurğulayıb ki, bu səbəblərin hər biri təkcə fərdin deyil, cəmiyyətin də diqqətini tələb edir:

"Gənclərə psixoloji dəstək, stresslə mübarizə bacarıqları, sağlam ünsiyyət və emosional dayanıqlılıq mövzusunda maarifləndirmə çox vacibdir”.

Şahanə Ziyad

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 03 Oktyabr 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri