Icma.az
close
up
RU
“Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

“Gənclər danışsın, biz dinləyək” mövzusunda panel iclas keçirilib

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

XII Qlobal Bakı Forumunun sonuncu günündə 11-ci panel iclası “Gənclər danışsın, biz dinləyək” mövzusuna həsr olunub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, panelə Qlobal Siyasət İnstitutunda tədqiqatçı və Lafiya Nigeriya Fondunun təsisçisi Klaudia Marta Xmielovska moderatorluq edib.

Paneldə çıxış edən Harvard Biznes Məktəbində MBA tələbəsi və “Terran Paragon” təşkilatının qurucusu və icraçı direktoru Uilliam Uanq bildirib ki, onun təşkilatı qlobal istedadı inkişaf etməkdə olan ölkələrlə birləşdirmək, bilik mübadiləsini təşviq etmək və XXI əsrin bilik iqtisadiyyatını qabaqcıl şirkətlər və dövlət qurumları ilə strateji tərəfdaşlıqlar vasitəsilə irəlilətmək məqsədini güdür: “Bizim şirkətimiz gənclərə kömək edir, çünki gələcəkdə onlar liderlər olacaqlar. Biz gənclərə hər sahədə kömək etməyə hazırıq”. O, həmçinin özünün iş və təhsil təcrübəsini bölüşüb.

“De Jong Capital”da Baş ofis rəhbəri (Managing Partner Büro rəhbəri) Paskal Rathle təmsil etdiyi şirkətin strategiyası və fəaliyyəti haqqında məlumat verib.

“ABŞ-da bir şirkətdə baş icraçı direktorun maaşı sıravi işçilərin məvacibindən 40 dəfə çoxdur, bu nə dərəcədə düzgündür? Belə ədalətsiz gəlir bölgüləri qarşısında gənclərin işlə təmin olunması və öz rifahını yüksəltməsi üçün heç bir motivasiya qalmır. Etikaya sadiqlik, bərabər bölgü məsələləri prioritet olmalıdır”, - deyə o əlavə edib.

“DIFC Authority”də Qrup Strategiyası üzrə köməkçi menecer Milind Taneja bildirib ki, bir çox inkişaf etməkdə olan ölkələrdə dövlət büdcəsinin 50 faizdən çoxu borcların və kreditlərin ödənilməsinə sərf edilir. Bu isə o deməkdir ki, onlar nə evlər tikməyə, nə təmiz enerji keçidləri üçün infrastruktur yaratmağa, nə də əsas səhiyyə xidmətlərini təmin etməyə maliyyə ayıra bilmirlər. “Bu, bizim üçün böyük bir böhrandır. Bu, təkcə iqtisadi problem deyil, həm də kifayət qədər maliyyələşmənin olmaması səbəbindən dayanıqlılıq və davamlı inkişaf üçün yaranan insan böhranıdır. Bu o deməkdir ki, biz maliyyələşdirmə məsələsini həll etmədikdə, çoxlu insanın həyatını təhlükəyə atırıq, onları əsas insan xidmətlərindən və iqtisadi imkanlardan məhrum edirik və nəticə etibarilə dayanıqlı inkişafla xarakterizə olunan gələcəyə sürətlə çatmağımıza mane oluruq. Beləliklə, bu məsələ çox təcili həll olunmalıdır. Son bir neçə gündə biz bu mövzu ətrafında geniş müzakirələr apardıq”- deyə Milind Taneja vurğulayıb.

COP29 Gənclər İqlim Çempionu Leyla Həsənova çıxışında iqlim dəyişikliyinin gənclər üçün yaratdığı çağırışlardan danışaraq, onların bu qlobal problemin həllində aktiv rol oynaya biləcəyini bildirib.

“Gənclərin ekoloji təşəbbüslərdə iştirakı və innovativ həll yolları tapmaq bacarığı iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır.

Davamlı inkişafın təmin olunması üçün gənclərin maarifləndirilməsi və onların qərar qəbuletmə prosesinə cəlb olunması vacibdir”, - deyə Leyla Həsənova diqqətə çatdırıb.

Digər çıxış edənlər öz ölkələrinin təcrübələrindən və mövcud problemlərdən danışıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Mart 2025 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri