Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Gənclər Kitabxanasında Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib

Gənclər Kitabxanasında Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 21 oktyabr, AZƏRTAC

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana, “Xan” nəşriyyatı və “Azərbaycan oxucuları” Kitab klubunun birgə təşkilatçılığı ilə görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirin fəxri qonağı Cəfər Cabbarlının ev-muzeyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi, Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı olub.

Cəfər Cabbarlı yaradıcılığının gənclər arasında təbliği, əsərlərinin müzakirəsi məqsədilə təşkil edilən tədbirdə “Azərbaycan oxucuları” Kitab klubunun üzvləri, müxtəlif ali təhsil ocaqlarının tələbələri iştirak ediblər.

Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayıb.

Cəfər Cabbarlının ev-muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı ədibin həyat və yaradıcılığı haqqında məlumat verərək, onun milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olmasını, qadın azadlığı mövzusuna daim həssas münasibət bəslədiyini bildirib. Ailəsinin xatirələrini dilə gətirərək, Cəfər Cabbarlının yaradıcılığı, ədəbi və ictimai fəaliyyəti ilə bağlı maraqlı epizodları bölüşüb.

“Azərbaycan oxucuları” Kitab klubunun nümayəndəsi Əfsanə Ağayeva Cəfər Cabbarlının o dövrdə qələmə aldığı, müraciət etdiyi mövzuların, ön plana çəkdiyi problemlərin bu gün də aktual olduğunu və bununla da görkəmli ədibin zəngin irsinin bir klassika, gənclər üçün bir örnək olduğunu qeyd edib.

“Xan” nəşriyyatının nümayəndəsi Aysel Səfərova son illərdə nəşriyyat tərəfindən çap olunan Sona xanım Cabbarlının xatirələri əsasında toplanan “Xatirə ədəbiyyatı” silsiləsindən “Onu kim unudar?” kitabı, “Sevil” və “Almaz” nəşrləri haqqında məlumat verərək, “Milli klassika” seriyasından çap edilən nüsxələri Qəmər Seyfəddinqızıya hədiyyə edib.

Ədibin həyat və yaradıcılığı ilə bağlı məlumatları diqqətə çatdıran Qəmər Seyfəddinqızı müzakirə olunan əsərlərlə bağlı düşüncələrini, təhlili fikirlərini gənclərin diqqətinə çatdırıb. Tədbirdə Cəfər Cabbarlının ustalıqla yazılan və bir sıra məsələlərdə hələ də aktuallığını itirməyən əsərləri, onların mövzuları və personajları geniş müzakirə olunub.

Müzakirələrdə yaxından iştirak edən gənclərin Cəfər Cabbarlı yaradıcılığı ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Kitab müzakirsəində kitabxana tərəfindən hazırlanan “Sənəti ilə həyata yol göstərən Cəfər Cabbarlı” adlı videomaterial nümayiş olunub.

Sonda Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının xatirəsinə həsr edilən tədbirin təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see193

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see173

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see172

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see164

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see153

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see148

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see141

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see141

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see139

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri