Icma.az
close
up
RU
Cəfər Cabbarlının nəvəsi: “Anam son günlərində də atası Cəfər Cabbarlının “Ana” şeirini əzbərdən deyirdi” FOTOLAR+ÖZƏL

Cəfər Cabbarlının nəvəsi: “Anam son günlərində də atası Cəfər Cabbarlının “Ana” şeirini əzbərdən deyirdi” FOTOLAR+ÖZƏL

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Anam Gülarə Cabbarlı 1930-cu ildə fevral ayının 11-də anadan olub. 2018-ci ildə fevral ayının 12-də dünyadan köçüb. Anam dünyasını dəyişəndə 88 yaşı idi. Cəfər Cabbarlı da, yoldaşı Sona xanım da, oğlu Aydın Cabbarlı da hamısı ürək xəstəliyindən dünyasını dəyişiblər. Gülarə xanımın da ürəyi zəif idi. Ürək çatışmazlığı xəstəliyi artıq onların genlərində var idi. 1979-cu ilə qədər Gülarə xanım Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində elmi işçi kimi fəaliyyət göstərib. Həmin muzeydə Cəfər Cabbarlının həyat yoldaşı Sona xanım da 25 il direktor işləyib. Amma 1979-cu ildə Cəfər Cabbarlı və bir çox ev muzeylərinin açılması, təşkili ilə bağlı Ulu Öndər Heydər Əliyevin sərəncamı oldu. O sərəncam veriləndən sonra Cəfər Cabbarlı ev muzeyi təşkil olunmağa başladı”

Bunu Moderator.az-a açıqlamasında Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlının ev muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Qəmər Bağırova (Seyfəddinqızı) deyib. O daha sonra əlavə edib:

“Bizim muzeyin əsas məqsədi Cəfər Cabbarlının yaradıcılığını, həyatını, ədəbi irsini öyrənməkdir. Əsas işlərimiz bu istiqamətdədir. Gülarə xanım da o illərdə böyük zəhmət çəkirdi. Muzeyin respublikamızın seçilən və sevilən mədəniyyət mərkəzlərindən birinə çevrilməsi,    qarşıya qoyulan məsələlərin uğurla başa çatdırılması, bir sıra  layihələrin ictimaiyyət tərəfindən maraqla qarşılanması məhz  Gülara Cabbarlının gərgin əməyi və kollektivlə yaratdığı səmimi ünsiyyət, mehriban əməkdaşlıq sayəsində əldə olunmuşdur. Muzeyin bir sıra layihələrinin uğurla  həyata keçirilməsində Gülara xanımın böyük əməyi olmuşdur. Bizim muzeyimiz Sovet hakimiyyəti illərində açılmışdı. Sovet illərində də Cəfər Cabbarlı yaradıcılığının bir sıra məqamları gizlin saxlanılırdı. Bilirsiniz ki, Cəfər Cabbarlının o dövrdə həm parlamentdəki fəaliyyəti, sonra onun həbslərdə olarkən məhbəs yaradıcılığı, onun Müsavat partiyasının fəal üzvü kimi Sovet dövründə gizlin saxlanılırdı. Əlbəttə ki, muzey açılanda bütün bu məlumatlar verilmirdi. Cəfər Cabbarlı Azərbaycan Sovet dramaturgiyasının banisi kimi təbliğ olunurdu. Müstəqillik qazanandan sonra bizim muzeyimizin əsas işlərindən biri kimi o oldu ki, Cəfər Cabbarlının yaradıcılığının, həyatının gizli qalan məlumatları ictimaiyyətə çatdıraq. Onunla bağlı olan eksponatları da çalışdıq ki, üzə çıxaraq. Gülarə xanımın bu sahədə də böyük işləri olub” deyə ədibin nəvəsi deyib.

O anasının son günlərini belə izah edib:

“Gülarə xanım dünyasını dəyişəndə 88 yaşı var idi. Elə bir gün olmurdu ki, atasını xatırlamasın, köhnə, əvvəlki illəri yadına salmasın. Axır vaxtlar o çoxlu şeirlər deyirdi. Mən gəlib görürdüm ki, öz-özünə Cəfər Cabbarlının şeirlərini deyir. Soruşanda da deyirdi ki, atamın şeirlərini oxuyuram, görüm yadımda qalıb ya yox? “Ana” şeirini demək olar ki, o yaşında elə əzbərdən oxuyurdu. Cəfər babamın bir neçə şeirləri var ki, görürdüm ki, anam əzbərdən oxuyur. Hər dəfə də deyirdi ki, necə olub mənim atam 35 yaşında bu qədər iş görüb? Sanki təəccüblənirdi” deyə Gülarə Cabbarlının qızı Qəmər Seyfəddinqızı deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Fevral 2025 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri