Icma.az
close
up
RU
Gənclər Kitabxanasında Polad Bülbüloğlunun 80 illik yubileyi ilə bağlı elektron məlumat bazası hazırlanıb

Gənclər Kitabxanasında Polad Bülbüloğlunun 80 illik yubileyi ilə bağlı elektron məlumat bazası hazırlanıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 4 fevral, AZƏRTAC

Görkəmli Azərbaycan mügənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, diplomat Polad Bülbüloğlunun 80 illik yübileyi münasibəti ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası hazırlanıb. Bazada bəstəkarın zəngin mədəni, ictimai və siyasi fəaliyyətindən bəhs edilir.

AZƏRTAC xəbər verir ki, bazada Xalq artistinin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, müəllifi olduğu musiqi əsərləri və mahnıların siyahısı təqdim olunur. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Dünya şöhrətli müğənni”, “Polad Bülbüloğlu: şəxsiyyətin və sənətin cazibəsi” kimi bölmələrlə yanaşı, onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və uzunmüddətli ictimai-siyasi fəaliyyəti ilə bağlı ona təqdim olunan mükafatlar və fəxri adlar, eləcə də görkəmli şəxslərin onun haqqında söylədiyi dəyərli fikirlər yer alır.

Kitabxana əməkdaşlarının hazırladığı bazada bəstəkarın “Eşq və ölüm” baleti haqqında məlumat verilir, Polad Bülbüloğlunun müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların, dövrü mətbuat nümunələrinin, keçirdiyi səfər və görüşlərin, çıxışların, müsahibə, müraciət və şərhlərin, təqdimatların, eləcə də onun musiqiləri əsasında hazırlanan tamaşaların siyahıları təqdim edilir.

Bundan əlavə məlumat bazasında “Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “İzomateriallar”, “Filmoqrafiya”, “Video və fotoqaleraya” kimi bölmələr də yer alır.

Kitabxana tərəfindən Xalq artisti Polad Bülbüloğlunun 80 illik yubileyi ilə əlaqədar hazırlanan, görkəmli bəstəkarın həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti ilə bağlı maraqlı məlumatlar, Polad Bülbüloğlunun səs yazıları, ifaları ilə zəngin olan geniş videomaterial https://ryl.az/multimedia/polad-bulbuloglu-80 da elektron bazanın ilk səhifəsində yerləşdirilib. Videomaterialda Prezident İlham Əliyevin Polad Bülbüloğlunu təltif etdiyi ən ali mükafat - “Heydər Əliyev” ordeninin təqdimetmə mərasimindən görüntülər, Xalq artistinin Ulu Öndər Heydər Əliyev ilə bağlı xatirələri sərgilənir, Azərbaycan mədəniyyəti, incəsənəti, müsiqisinə verdiyi əvəzsiz töhfələrə dair məlumatlar təqdim olunur.

Elektron məlumat bazası ilə tanış olmaq üçün kitabxananın rəsmi saytından https://ryl.az/melumat-bazalari/Polad_Bulbuloglu_el_melumat_bazasi/index.html

istifadə etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri