Icma.az
close
up
RU
Gənclər niyə evlənmək istəmir? ilginc səbəblər...

Gənclər niyə evlənmək istəmir? ilginc səbəblər...

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ev təminatı, stabil gəlir və digər maddi imkanların olmaması gəncləri evlilikdən çəkindirir”

“Mən Türkiyədə əhalinin artımı üçün bir ailədə 3 uşaq deyirəm, Azərbaycanda əhalinin artımı üçün isə hər ailədə 5 uşaq deyirəm. Bunu başardıqda, Azərbaycan daha güclü olacaq. Əhali ölkənin gələcəklə bağlı paradiqmasını dəyişdirir”. Xatırladaq ki, bu sözləri ötən il  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdə olarkən demişdi. Lakin statistika onu göstərir ki, ölkəmizdə əhali artımının sürəti getdikcə daha da azalır. 

Dünya ölkələri üzrə 2014-2023-cü illəri əhatə edən bir hesabata əsasən, Azərbaycan bu dövrdə əhali artımına görə dünyada ilk 50 ölkə arasında yer almayıb və yalnız 64-cü pillədə qərarlaşıb. 2014-2023-cü illər ərzində ölkədə əhali artımı cəmi 6,85 faiz təşkil edib. Bu göstərici ilə Azərbaycan, xüsusilə Afrika ölkələri ilə müqayisədə xeyli geri qalır. Afrika ölkələrində ailə planlamasının olmaması bu qitədə yüksək artım templərini izah etsə də, Avstriya, Norveç, İsveç, İrlandiya, Kanada, Yeni Zelandiya və Lüksemburq kimi inkişaf etmiş ölkələrin Azərbaycandan irəlidə yer alması maraq doğurur.

Mütəxəssislər bildirir ki, ölkədə əhali artımının azalmasının səbəbləri iqtisadi və sosial faktorlar, miqrasiya məsələsi və sairədir. Lakin ən birinci səbəb kimi ölkədə ailə quranların sayının azalması göstərilir. Çünki bu arqument doğulan uşaqların sayına da ciddi təsir göstərir, nəticədə əhali artımı ləngiyir. 

Bəs ölkədə ailə quranların sayı niyə azalır?

Mütəxəssislər Azərbaycanda ailə quranların sayının azalması və boşanma hallarının artması sosial-iqtisadi, psixoloji və mədəni səbəblərlə əlaqələndirir:

Maddi vəziyyət: Gənclərin evlilik üçün kifayət qədər maddi imkanının olmaması və həyat şəraitinin çətinləşməsi evlilik qərarlarını təxirə salır.

Psixoloji problemlər və ailədaxili gərginliklər: Müasir cəmiyyətin sürətlə dəyişməsi, stress və ünsiyyət çatışmazlığı ailələrin qurulmasını və davamlılığını çətinləşdirir.

Karyera və təhsil prioritetləri: Gənclər arasında təhsil və karyera qurmağa üstünlük verilməsi evlilik yaşının artmasına gətirib çıxarır.

Psixoloqlar həmçinin sevginin, qarşılıqlı hörmətin azalması, ünsiyyət problemləri və tərəfdaşlar arasında ortaq dil tapılmamasını boşanma hallarının artmasına səbəb kimi göstərirlər.

Ailə quranların sayının azalması isə bir sıra sosial, demoqrafik və iqtisadi problemlərə yol aça bilər. Bunlar arasında aşağıdakı təsirlər xüsusilə nəzərə çarpır:

Demoqrafik problemlər - Ailə qurulmasının azalması doğum səviyyəsinin aşağı düşməsi gələcəkdə əhalinin yaşlanması və əmək qabiliyyətli insanların sayının azalması ilə nəticələnə bilər. Uzunmüddətli perspektivdə ölkədə sosial-iqtisadi yüklər, pensiya və səhiyyə sistemlərinə təzyiq arta bilər.

Sosial inteqrasiya və dəyərlərin zəifləməsi - Ailənin sosial institut kimi zəifləməsi ənənəvi dəyərlərin itirilməsinə və cəmiyyətin sosial toxumasında zəifliklərə səbəb ola bilər. Bu, həmçinin gənclərin emosional və sosial dəstək mənbələrinin azalmasına gətirib çıxarır.

Uşaqların sosiallaşması ilə bağlı çətinliklər - Azalan evliliklər və artan boşanmalar nəticəsində daha çox uşaq tək valideynli ailələrdə böyüyə bilər. Bu, uşaqların sosiallaşma və təhsil prosesində çətinliklər yaşamasına yol aça bilər.

İqtisadi təsirlər - Ailələrin azalması istehlak və qənaət davranışlarına təsir göstərərək iqtisadiyyatın müxtəlif sahələrinə mənfi təsir edə bilər. Əlavə olaraq, tək yaşamaq və ya uşaqlarını tək böyütmək istəyən valideynlərin üzərinə əlavə maliyyə yükü düşə bilər.

Cəmiyyətin ümumi rifahına təsir - Psixoloqlar ailənin insan rifahında mühüm rol oynadığını vurğulayır. Ailə qurulmasının azalması və ailə quruluşlarının zəifləməsi fərdlərin stress, tənha qalma və digər emosional problemlərə daha həssas olmasına səbəb ola bilər.

Sosioloq: Sifarişlə hədiyyə tələb edən müəllimlər də var

Ölkə.az xəbər verir ki, sosioloq Lalə Mehralı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Cəmiyyətimizdə müəyyən sosial, iqtisadi və mədəni səbəblərdən bəzi gənclər ailə həyatı qurmağa maraq göstərmirlər. Bu problem həm qızlar, həm də oğlanlar arasında fərqli səbəblərlə özünü göstərir.

Qızlar adətən karyera qurmağa və özlərini inkişaf etdirməyə daha çox üstünlük verirlər. Onlar daha yaxşı həyat yoldaşı tapmaq və ya əvvəlcə müəyyən nailiyyətlər əldə etmək istəyirlər. Bunun nəticəsində evlilik qərarını gecikdirirlər.

Hazırda ölkəmizdə qızların əksəriyyəti 25 yaşı keçmiş, karyera və təhsilə yönəlmiş insanlardır. Onlar bakalavr və magistr təhsillərinə, müxtəlif kurslara və seminarlara vaxt və maliyyə yatırdıqları üçün düşünürlər ki, ailə həyatı bu səyləri mənasız edə bilər. Beləliklə, ailə qurmaq planlarını arxa plana atır, karyeralarına fokuslanırlar.

Oğlanlar üçün əsas maneə maddi vəziyyətlə bağlıdır. Evlilik qərarı alarkən qarşı tərəfin yüksək tələbləri və kriteriyaları ilə qarşılaşırlar. Xüsusilə fərdi ev təminatı, stabil gəlir və digər maddi imkanların olmaması gəncləri evlilikdən çəkindirir.

Çox vaxt oğlanlar minimum əməkhaqqı ilə işləyir və ailə qurmaq üçün yetərli maliyyə bazasına sahib olmurlar. Bu vəziyyət, qızların ailə böyükləri ilə birgə yaşamaq istəməməsi və fərdi ev tələb etməsi ilə daha da çətinləşir. Belə hallarda evlilik qərarı uzun müddət təxirə salınır".

Sosioloq qeyd edib ki, gənclərin evlilikdən imtina etməsi və azsaylı uşaqlara üstünlük verilməsi əhalinin qocalmasına səbəb olur:

“Əhalidə yaşlı nəsil üstünlük təşkil etməyə başlayır, bu da gələcəkdə əmək bazarına və sosial sistemlərə mənfi təsir göstərir.

Nikahların azalması və boşanmaların artması: Son illərdə nikahların sayı azalır, əksinə, boşanma halları artır. Bu tendensiya yeni ailələrin qurulmasını çətinləşdirir və uşaqların sayının azalmasına gətirib çıxarır".

Sosioloqun fikrincə, gəncləri ailə qurmağa təşviq etmək üçün hökumət və cəmiyyət tərəfindən dəstək tədbirləri görülməlidir:

“Yeni evlənənlərə ev təminatı və ya güzəştli kreditlər təqdim edilməlidir. Gənc ailələrə ilkin mərhələdə maliyyə yardımı və güzəştli ipoteka proqramları təşkil olunmalıdır.

Həmçinin ailə qurmaq istəyənlər üçün sosial təşəbbüslər həyata keçirilməli, karyera və ailə həyatı arasında balans qurmağa imkan verən şərait yaradılmalıdır.

Bu addımların atılması həm gənclərin evlilik məsələsində qarşılaşdığı maneələri azalda bilər, həm də uzunmüddətli perspektivdə cəmiyyətin sağlam inkişafını təmin edə bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://news24.az
archiveBu xəbər 07 Dekabr 2024 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Aşqabad xəttinin güclənməsi regional əməkdaşlığın dərinləşməsinə xidmət edir

23 İyun 2026 11:01see446

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see226

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see201

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see187

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see186

Prezident ona yüksək vəzifə verdi

23 İyun 2026 12:38see185

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see182

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see181

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see180

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see180

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see179

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see177

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see172

Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb

23 İyun 2026 17:06see171

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see171

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see171

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see166

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see165

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see165

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri