Icma.az
close
up
RU
Gənclər sevgili tapmaqda çətinlik çəkir Yalnızlığın səbəbləri AÇIQLANDI

Gənclər sevgili tapmaqda çətinlik çəkir Yalnızlığın səbəbləri AÇIQLANDI

Icma.az bildirir, Modern.az portalına istinadən.

Son illərdə dünyanın bir çox ölkəsində cütlüklərin sayı azalır. İran, Meksika, Peru, Cənubi Afrika və Cənubi Koreya kimi fərqli bölgələrdə insanlar sevgili tapmaqda çətinlik çəkirlər.

Modern.az bu barədə BBC-yə istinadən xəbər verir.

Qeyd olunur ki, Çində 2014-cü ildə 13 milyon nikah bağlanmışdısa, 2024-cü ildə bu rəqəm 6 milyondan bir qədər artıq olub. Finlandiyada aparılan araşdırmalar isə birlikdə yaşayan cütlüklərin ayrılma ehtimalının ailə qurmaq ehtimalından daha yüksək olduğunu göstərir.

Braziliyanın Santa-Katarina şəhərində yaşayan 36 yaşlı Felipe sevgi tapmaq üçün müxtəlif üsullara baş vurduğunu, lakin heç vaxt ciddi münasibət qura bilmədiyini deyir. O, məktəbdə sevdiyi qızlara məktublar yazsa da, müsbət cavab almayıb. Universitet illərində dərs köməyi təklif edib, ancaq bu da nəticə verməyib. Hətta 30 yaşında psixoloqa müraciət edərək münasibətlər barədə məsləhət almağa çalışıb, amma yenə də uğur qazana bilməyib.

Mütəxəssislər qeyd edirlər ki, gənclər arasında yalnız vaxt keçirmək tendensiyası artır. ABŞ-da 18-24 yaş arasında olan kişilər vaxtlarının 60%-ni yalnız keçirirlər. Bu göstərici 20 il əvvəl fərqli idi – həmin yaş qrupu 30-40 yaşlı insanlarla eyni dərəcədə sosiallaşırdı. Lakin indi sosial media, video oyunlar və seriallar münasibət qurmağa mane olur.

Onlayn tanışlıq tətbiqlərinin populyarlığı da azalır. "Sensor Tower" araşdırma şirkətinin məlumatına görə, 2024-cü ildə ən məşhur 6 tanışma tətbiqinin yüklənmə sayı 18% azalıb. Arizona Universitetindən professor Liesel Şarabi hesab edir ki, istifadəçilər bu tətbiqlərdən yorulurlar və onların effektivliyinə inamları azalır. Həmçinin, tanışma tətbiqlərində qadın istifadəçilərin azlığı kişilərdə məyusluq yaradır.

Bəzi araşdırmalar göstərir ki, gənc qadınlar getdikcə daha feminist, gənc kişilər isə daha az proqressiv olur, bu isə münasibətlərdə uçurumu artırır. Mütəxəssislər internetin bu fərqləri daha da dərinləşdirdiyini düşünürlər. 

Digər bir problem isə yalnız qalmağın artıq bir problem kimi qəbul edilməməsidir. Müasir dövrdə insanlar münasibətlərə vaxt ayırmaq əvəzinə serial izləməyi və ya video oyun oynamağı üstün tuturlar. Bu isə sosial münasibətlərin zəifləməsinə və kişilərlə qadınlar arasında emosional bağların qopmasına səbəb olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri