Icma.az
close
up
RU
“Gənclər üçün lazımi şərait yaradılmalıdır ki, onlar öz potensiallarını Azərbaycanda reallaşdırsınlar” SOSİOLOQ

“Gənclər üçün lazımi şərait yaradılmalıdır ki, onlar öz potensiallarını Azərbaycanda reallaşdırsınlar” SOSİOLOQ

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Son illər gənclər arasında öz işini qurmaq, yəni biznes açmaq istəyənlərin sayı xeyli artıb.

Əvvəllər çoxu dövlət işində işləmək arzusunda idisə, indi gənclər daha çox “öz müdirim olum” deyir. Kimisi az maaşdan bezib, kimisi azad işləmək istəyir, kimisi də riskə gedib daha çox qazanmaq arzusundadır.

Sosial şəbəkələrdə uğur qazanan gəncləri görəndə bu istək daha da artır.

Görəsən, gəncləri bu yola çəkən əsas səbəblər nədir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan sosioloq Naib Niftəliyev bildirib ki, Azərbaycan gənclərinin dünyada baş verən sosial-iqtisadi proseslərə, siyasi hadisə və proseslərə sahibkarlıq gözü ilə baxmasının göstəricisidir:


“Gənclərin öz biznesini qurması, sosial və ya intellektual sahibkarlıqla məşğul olmaq istəyi və bu mövzuların sosial şəbəkələrdə getdikcə daha çox qabarması dövrün tələbi kimi qiymətləndirilir. Təbii ki, hər bir gənc, hər bir vətəndaş həm yaxşı işləmək, həm də yaxşı yaşamaq istəyir. Maaş azlığı və ümumilikdə iqtisadi səbəblər bu məsələyə birbaşa təsir göstərir. Sosial-iqtisadi vəziyyətlə bağlı yaranan çətinliklər istər-istəməz Azərbaycan cəmiyyətində gənclərin dinamikasını artıran, eyni zamanda müəyyən deqradasiya amillərini də gücləndirən faktorlar sırasında yer alır.

Bununla belə, intellektual gənclərin çoxu həqiqətən də öz işini qurmaq, öz biznesinə sahib olmaq və öz işinin ağası olmaq arzusundadır. Bu, tamamilə təbii və real bir istəkdir. Bu yanaşma Azərbaycan gənclərinin dünyada baş verən sosial-iqtisadi proseslərə, siyasi hadisə və proseslərə sahibkarlıq gözü ilə baxmasının göstəricisidir. Biz də gənclərin öz biznesinin, öz işinin sahibi olmasının tərəfdarıyıq. Risk isə hər bir işin təbii hissəsidir.

Sosial risklərin təşkili və idarə olunmasının əsas yükü yenə də gənclərin üzərinə düşür. Əgər bir gənc görürsə ki, onun əməyi çox aşağı qiymətləndirilir, istismar halları mövcuddur, dövlətin qanunları mövcud olsa da, sistemli şəkildə həmin hüquqlar tam qorunmur və müəyyən məhdudiyyətlər yaranır, bu halda gənclərin iş və karyera axtarışında riskləri gözə alaraq hərəkət etməsi başa düşüləndir.

Əlbəttə, bu yol asan deyil. Gənclər müəyyən iş qurmağa çalışır, bəzən yanılır, bəzən müxtəlif asılılıqların təsiri altına düşürlər. Elə hallar olur ki, sələmçi qruplar, qeyri-rəsmi maliyyə çevrələri və ya bank mexanizmləri nəticəsində iflasla üzləşirlər, işləri istədikləri kimi gətirmir. Amma insan müəyyən mənada yıxılaraq böyüyür, səhv edərək öyrənir. Bu baxımdan gənclərin risk etməsindən qorxmaq lazım deyil”.

Sosioloqun sözlərinə görə cəmiyyətdə korporativ sosial məsuliyyət anlayışı daha da inkişaf etdirilməlidir:

“Müvafiq şirkətlər gənclərin bu davranışından yararlanaraq onlara müəyyən imkanlar və iş təklifləri verə bilərlər. Məsələn, Azərbaycanda kifayət qədər az maaş alan elə mütəxəssislər var ki, xaricdə, xüsusən də Avropa ölkələrində onların əməyinə yüksək dəyər verilir və yaxşı ödəniş olunur. Həmin gənclər orada çalışmaqla, intellektual biznes qurmaqla və ya fərdi fəaliyyətdə olmaqla müəyyən qədər gəlir əldə edə bilirlər.

Onların risk etməsi təhdid kimi deyil, təşviq kimi qəbul olunmalıdır. Gənclər əslində pis bir iş görmürlər və qanunsuz heç bir addım atmırlar. Sadəcə olaraq öz işlərini düzgün qurmağa, həyatlarını daha yaxşı, daha rifahlı və təminatlı şəkildə yaşamağa çalışırlar”.

Sosial rifah və sosial təminat gənclərin əsas hədəfidir. Bu məqsədi yalnız alqışlamaq lazımdır. Öz işini, biznesini, həyatını öz ayaqları üzərində qurmağa çalışan, istismardan qaçan, idarə etməyə meyilli, təşkilatçılıq qabiliyyəti olan gəncləri mütləq şəkildə təşviq etmək lazımdır. Onların potensialından dövlətin və cəmiyyətin rifahı naminə istifadə olunmalıdır.

Düşünürəm ki, bu istiqamətdə gənclər daha çox dəstəklənməlidir. Təbii ki, problemlər, çətinliklər və risklər də nəzərə alınmalıdır. Risk menecmenti müasir dünyada kifayət qədər populyardır. Azərbaycanda da bu risklərin nəzərə alınması və idarə olunması məsələsinə xüsusi diqqət yetirilir. Gənclər artıq bu istiqamətdə mövcud modellərdən istifadə edə bilirlər.

Universitetlərdə, tələbələr arasında və tanıdığımız mühitdə kifayət qədər potensiallı gənclər var. Bu gənclər üçün lazımi şərait yaradılmalıdır ki, onlar öz potensiallarını Azərbaycanda reallaşdıra bilsinlər və bu potensial ölkə xaricinə daşınmasın”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 Noyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri