Gənclər və idman naziri ADU nun tələbələri ilə görüşüb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 25 fevral, AZƏRTAC
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Dillər Universitetində (ADU) tələbələrlə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, rektor akademik Kamal Abdulla bu universitetə yüksək balla qəbul olan tələbələrin sayının artmaqda olduğunu bildirib. Qeyd edib ki, universitet öz məzunları ilə mütəmadi olaraq əlaqə saxlayır, regionlarda konfranslar təşkil edir. Rektor ADU-nun QS reytinqində uğurları haqqında da məlumat verib.
Rektor çıxışında 44 günlük müharibə zamanı tələbələrin fəallığından da söz açıb. Bildirib ki, tələbələr müxtəlif xarici dillərdə dünya ölkələrinin hökumət strukturlarına məktublar ünvanlayaraq Azərbaycan həqiqətlərini çatdırıblar.
Görüş zamanı ADU-da tələbələrin və əməkdaşların fiziki aktivliyinin artırılması, onların sağlamlığının qorunması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə mütəmadi olaraq idman və sağlamlıq yönümlü layihələrin həyata keçirilməsi ilə bağlı məlumat verilib.
Gənclər və idman naziri Fərid Qayıbov gənclərin həm intellektual, həm də fiziki inkişafının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Nazir çıxışında ali təhsil müəssisələrinin bu prosesdə mühüm rol oynadığını söyləyərək universitetlərin gənclərin potensialının üzə çıxarılmasında, onların təşəbbüskarlıq və liderlik bacarıqlarının formalaşmasında xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Söhbət zamanı gənclərin beynəlxalq idman və gənclər proqramlarında iştirakının artırılmasının vacibliyinə toxunulub, bu sahədə universitetlərlə əməkdaşlığın genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.
Sonda tələbələr nazirə gənclər siyasəti, idman infrastrukturu, beynəlxalq mübadilə proqramları və şəxsi inkişaf imkanları ilə bağlı suallarını ünvanlayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 25 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















